13 C
Baku
Friday, April 19, 2024

Enn Bonni-nin macəra dolu həyatı

Enn Bonni 8 mart 1700-cü ildə İrlandiyada Kork yaxınlığında kiçik şəhərcikdə dünya gəlmişdi. Onun atası burada vəkil olaraq işləyirdi.  Qızcığazın 5 yaşı tamam olduqda atası ilə Cənubi Karolniyaya köçür. Uilyam Kormak burada böyük plantasiya sahibinə çevrilir.

Enn-in uşaqlığı varlı müstəmləkə imarətgahında və çoxlu sayda xidmətçi əhatəsində keçir. Ata isə qızına pul xərcləməkdən çəkinmir və qızına yaxşı təhsil vermək üçün hər şeyə hazır idi.

Enn yetkinlik yaşına çatdıqda atası qızına “sərfəli” nişanlı axtarmağa başlayır. Lakin Enn atasını böyük heyrətlərə salaraq gizli yolla cibində 1 qəpik belə pulu olmayan dənizçi Ceyms Bonni-yə ərə gedir. Atanın qəzəbindən gizlənən cütlük Nyu-Providens adasına yollanan gəmiyə minirlər.

Burada isə varlı plantasiya sahibi Çayld Bayardı ələ ala bilir. Lakin tezliklə Enni Yamayka qubernatorunun bir qohumunun qətlə yetirilməsində təqsirli bilinir və həbsə atılır. Xoşbəxtlikdən Bayard müəyyən məbləğ ödəyərək onu həbsdən azad edə bilir. Enn onunla birgə bir neçə ticari səfərlər edir. Bir müddət keçdikdən sonra o Bayardın sahib olduğu cəmiyyət ilə yaxından tanış olmağa başlayır. O 1719-cu ildə dəniz qulduru Con rekhem ilə tanış olur. O isə öz növbəsində macəra həvəskarı olan bu xanıma qarşı marağını gizlətmir. Bu zaman Enn kişi paltarı geyərək Rekhem ilə dəniz səfərlərinə yollanmışdı.

Enn Bonni dəfələrlə Rekhemə dava zamanı kişilərdən heç də geri qalmadığını sübut etmişdi. Uzun sürən macəra dolu səfərlərdən sonra 1720-ci ilin mayında onlar Yamayka qubernatorunun əmri ilə kapitan Conatan Barnet tərəfindən ələ keçirilir.

Rekhem edam edilməyə aparıldıqda Enn Bonni ona demişdi: Kişi kimi döyüşməyi bacarsaydın, səni indi bir it kimi asmazdılar!

Enn Bonni-nin edam edilməsi isə hamilə olduğuna görə təxirə salınmışdı və son nəticədə həyata da keçirilmir. Bu andan etibarən Enn Bonni barədə rəsmi məlumatlar yoxa çıxır və onun sonrakı taleyi barədə sadəcə bəzi təxminlər mövcuddur. Oxford Dictionary of National Biography-nin məlumatlarına görə isə Enn Bonni-nin bundan sonrakı həyatı bu formada olmuşdur:

Atası Enn Bonni-ni həbsdən azad edə bilmiş və doğulduğu Çarlstona aparmışdır ki, o burada Rekhemin ikinci övladını dünyaya gətirmişdir. 21 dekabr 1721-ci ildə isə o Cozef Berli ilə ailə həyatı qurmuş və bu nigahdan onların 10 övladı doğulmuşdur. O 22 aprel 1782-ci ildə Cənubi Karolinada 82 yaşında nüfuzlu qadın kimi dünyasını dəyişmiş və 24 apreldə buradaca dəfn edilmişdir.

Son xəbərlər
Digər xəbərlər