12 C
Baku
Friday, March 29, 2024

Erməninin “tweet”i Snap-ın kapitalizasiyasını $1,3 milyardlıq zərər vurdu

Keeping Up with the Kardashian reality-şousunun ulduzu, model və ABŞ-lı iş adamı Kylie Jenner Twitter-də Snapchat proqramının dizaynının dəyişdirilməsindən sonra ondan artıq istifadə etməyəcəyini bildirib. Snapchat-ın məxsus olduğu Snap şirkətinin kapitalizasiyası, demək olar ki, dərhal 1,3 milyard dollarlıq zərərə məruz qalıb. Bloomberg bu haqda ətraflı məlumat verir.

Kim Kardaşyanın kiçik bacısı, 20 yaşlı Kylie Jenner Amerikanın ən məşhur gənc xanımlarından biridir. Onun Snapchat səhifəsi izlənilmə üzrə 1-ci yerdədir. Bundan əlavə, Instagram-da 104 milyon, Twitter-də isə 24,5 milyon izləyicisi var.

Adi Snapchat istifadəçiləri də yeni dizayndan məmnun deyillər. Köhnə dizaynı geri qaytarmaq tələbi ilə toplanmış imzalar 1 milyonu keçib.
Snap komandası proqramın yenilənəcəyi və daha rahat olacağına dair söz verib.

Son xəbərlər
Digər xəbərlər