18 C
Baku
Thursday, April 25, 2024

Ermənistan baş naziri Serj Sarkisyan istefaya gedib

Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdi.

Bu barədə Ermənistan KİV-i məlumat verir.

Ermənistanın paytaxtı Yerevan şəhərinin Respublika meydanında və ona yaxın küçələrdə əhali Serj Sarqsyanın istefasını sevinclə qarşılayıb.

Ermənistan müxalifətinin lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkənin baş naziri Serj Sarqsyanın istefasını şərh edib.

N.Paşinyan məsələ ilə bağlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Ermənistan Respublikasının vətəndaşı, sən qazandın. Və indi heç kim bu qələbəni sənin əlindən ala bilməz. Təbrik edirəm”, – o yazıb.

Qeyd edək ki, aprelin 13-dən Ermənistanda Serj Sarqsyanın baş nazir olmasına qarşı etiraz aksiyası başlayıb. Aprelin 17-də etirazlara baxmayaraq, parlament onun namizədliyini təsdiqləyib. Aprelin 23-də isə o istefa verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər