15 C
Baku
Friday, March 29, 2024

“Eşidilməmək” problemi

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

“Eşidilməmək” problemi bir çox şirkətlərdə işçilərlə rəhbərlik arasında olan əsas problemlərdəndir. İşçilər tez-tez şikayət edirlər ki, fikirlərimiz, təkliflərimiz rəhbərlik tərəfindən “eşidilmir”.

Əslində rəhbərin işçiləri “eşitməməsi” 2 halda ortaya çıxır: 

1. Rəhbər “eşitmək” istəmir,

2. İşçi danışmaq istəmir.

Hər iki halda məsuliyyət rəhbərliyin üzərinə düşür. Şirkətdə elə mühit yaradılmalıdır ki, bütün işçilər hiss etsin ki, onların fikirləri, ideyaları “eşidilir”. Bu hissin (kreativliyin) işçilərə aşılanması üçün əməli işlər görülməlidir – onlara mümkün qədər çox infor¬masiya verilməli, tələb olunan səlahiyyət və azadlıq verilməli, bir sözlə, pozitiv atmosfer yaradılmalıdır.

İşçilərin “eşidilməməsi” əsasən şirkətdaxili qeyri-demokratik mühitdən qaynaqlanır. Rəhbər işçini qiymətləndirmir, düşünür ki, işçidən “ağıllı” fikir gələ bilməz, işçilər yalnız əmrlərlə, direktivlərlə işlətmək üçündür. Beləliklə, rəhbərlə işçilər arasında kommunikasiya uçurumu əmələ gəlir.

Digər tərəfdən, bəzən görürük ki, rəhbərin işçiləri “eşitmək” istəyinin olması problemin tam həlli deyil. Çünki xüsusilə böyük şirkətlərdə düzgün kommunikasiya sisteminin qurulması bir qədər çətin prosesdir.

Əgər şirkət rəqabətə tab gətirmək istəyirsə, mövcud¬luğunu qorumaq istəyirsə, daim müsbət dəyişikliklərin yollarını aramalıdır. Bu yolla həm mühitə uyğunlaşırsan, həm də müdafiə qabiliyyətin artır. Rəqiblər, maraqlı qüvvələr sənin zəif cəhətlərini öyrənincə sən artıq yeni situasiya yaradırsan. İşçilər də dəyişikliyə, yeniliklərə təşviq edilməlidir.

Son xəbərlər
Digər xəbərlər