22 C
Baku
Thursday, April 25, 2024

Esselərin yazılması ilə bağlı üç kiçik, amma faydalı məsləhət

Esselərin yazılması zamanı vaxtımızın çox hissəsini sualların oxunması və qoyulan tələb və prioritetlərin təhlilinə ayırırıq. Əlbəttə ki, heç bir şübhə yoxdur ki, yazılmış esselər proqramın məqsədinə zidd olmamalıdır. Lakin biz bu gün esselərin yazılma üslubu haqda bəhs edəcəyik, siz buna etinasız yanaşmamalısınız.

1. Professional olun. Baxmayaraq ki, bir sıra məktəblər esselərin tərtibində məzəli formalara yol verirlər və namizədləri materialı ideala qədər “yontalamağı” deyil, “özü kimi olmağa” çağırsalar da, yadda saxlamaq lazımdır ki, biznes-məktəbə təqdim olunan ərizə və digər sənədlər rəsmi olaraq qalmalıdır. Əlbəttə ki, siz seçilmək və essedə öz unikal üslub və fikirlərinizi göstərmək istəyirsiniz , lakin unutmayın ki hətta professional yazıçılar belə ayrı-ayrı auditoriyalar üçün müəyyən üslub təyin edirlər. Buna görə də essenizdə jarqon sözlərdən və adi danışıq cümlələrindən istifadə etməyin.

2. Aktiv fəaliyyəti qeyd edin. Bir çox namizədin etdiyi ən böyük səhv cümlələrin tərtibi ilə əlaqədardır. Onlar bunu uyğun olmayan momentdə istifadə edir və elə yazırlar ki, sanki görülən işlər hansısa sirli qüvvə tərəfindən edilib, halbuki siz öz fikir və hərəkətlərinizi ön plana çıxarmalısınız (məsələn, «we were required to» və ya «the project was completed»). Bəlkə cəhd edib “x was done to y” əvəzinə “I/he/she did x” yazasınız! Bununla siz öz nitqinizə dinamiklik və məlumatlılıq gətirmiş olacaqsınız, eləcə də onu lakonik edin.

3. Təkrarlardan uzaq olun. Əlbəttə ki, heç kim sizə essenizdə istiqamətləndirici amil kimi ön söz və nəticə yazmağı qadağan etmir. Lakin idealda hər bir yeni cümlə yeni bir informasiya verməlidir və oxucuya sizin fikirlərinizi anlamağa imkan verməlidir. Bunu heç vaxt yadınızdan çıxarmayın, bu zaman sizə essedən təkrarları çıxarmaq daha asan olacaq və essedə yalnız vacib informasiya qalacaq.

Bu məsləhətləri gözardı etməyin və Sizə esse yazmağınızda uğurlar!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər