15 C
Baku
Friday, March 29, 2024

Evimizi oğrulardan necə qoruya bilərik?

Adətən evə qarət məqsədi ilə daxil olmuş şəxsləri əsas olaraq asan şəkildə pula çevirmək mümkün olan əşyalar maraqlandırı. Burada isə ideal varinat – haradasa səliqəli şəkildə gizlədilmiş banknotlardır. Bəs evinizi və sahib olduqlarınızı bu qarətçilərdən necə qoruya bilərsiniz?

Qapılar:

Oğruların əksəriyyəti evə qapı vasitəsilə daxil olur. Evinizin qapısı nə qədər sadə qorunaqlı olarsa bir o qədər çox oğruların diqqətini cəlb edər. Bina evlərində əsas hədəf olaraq əsasən 2 və 3-cü mərtəbələrdəki mənzillər olur. Çünki ev sahibi gəldikdə bu mərtəbələrdən evi tərk etmək daha asandır.

Ucuz kilidlərin qırılması oğruların cəmi bir neçə dəqiqəsini alır. Bunun üçün çox vaxt ən sadə üsul olan kilidin əsas nüvəsini sındırmaqdan istifadə edilir. Məsələyə ümumi yanaşsaq qeyd etməliyik ki, oğrular bütün kilidləri qırmağa qadirdilər. Lakin məsələ ondan ibarətdir ki, onun buna nə qədər vaxtı gedəcək. Bu səbəbdən də qapınıza kilid seçərkən möhkəm və bir neçə qat qoruma üsullu növlərə üstünlük verməyiniz məsləhətdir.

Pəncərə:

Oğruların bir qrupu isə mənzillərə sırf pəncərələr vasitəsilə daxil olur. Əgər mənzil aşağı mərtəbələrdə yerləşirsə və pəncərələr barmaqlıqlar ilə qorunmursa sözsüz ki bu oğruların diqqətini tez bir şəkildə cəlb edəcək. Bu səbəbdən də ilk olaraq pəncərələrinizin gözəlliyini deyil, təhlükəsizliyini düşünün.

Otaqlar:

Oğruların əksəriyyətinin cəld davrandığı bir vaxtda, bəziləri bütün otaqları bir-bir “gəzirlər”. İkinci qrup oğrular daha az professionallığa sahib olduqlarından daha az təhlükəlidirlər. Çağırılmamış qonaqlardan qorunmaq üçün siqnalizasiya sistemlərindən istifadə edə bilərsiniz. Oğrulardan qorunmağın ikinci bir yolu da sığortadır. Bu zaman əsas olan yerindəcə dəymiş zərəri hesablamaq və sığorta agentliyinə məlumat verməkdir.

Son xəbərlər
Digər xəbərlər