19 C
Baku
Thursday, April 25, 2024

Exceldə boş xanaların üstdəki xananın məlumatları ilə doldurulması

Exceldə Pivot hesabatın və digər hesabatların nəticəsi olaraq aşağıdakı şəkildəki hesabat forması alınır.

innab

Şəklə diqqət etsəniz, görərsiniz ki, A sütununda bəzi xanalar boşdur. Bu boş xanaları doldurmaq üçün klassik metod yuxarıdakı xanaları tutub aşağıya doğru çəkməkdir.

Bu metodun bir neçə minlik sətirdə tətbiq edilməsi çox vaxt sərf edilən bir əmək olmaqla yanaşı, həmçinin effektli yol hesab edilmir.

Bu bölmədə boş xanaları doldurmaq üçün ikinci alternativ yolu izah etməyə çalışacağıq.

  1. Doldurulması lazım olan xanalar sahəsini seçin (A2:A12).
  2. Home-Find&Select-Go to special seçimini edin.
  3. Açılan pəncərədə Blanks seçimini edib OK düyməsini klikləyin.
  4. Seçilən boş xananın birinə kursoru vurmadan ondan üstdəki xanaya bərabər olduğunu funksiya ilə göstərərək (Məsələn, A3 xanasına =A2 yazaraq) Ctrl+Enter düymələrini birlikdə klikləyin.

Nəticə olaraq boş xanaları doldurmuş olduq. Yuxarıdakı əməliyyatların xülasəsini aşağıdakı şəkildən görə bilərsiniz.

innab2

Qeyd edək ki, INNAB Peşəkar Təlim Mərkəzi Excelin proffesional səviyyədə təlimi ilə məşğuldur. Mərkəzdə fəaliyyət göstərən peşəkar müəllimlərin xüsusi metodikası ilə Exceli 1 ay müddətində tam olaraq öyrənə bilərsiniz.  Təlim zamanı praktiki nümunələr üzərində A-dan Z-ə bütün əmrlər və 150 önəmli funksiya tədris olunur. İştirakçılar arasında aparılan anonim sorğu nəticəsində məmnuniyyət balı 5 üzərindən 4.8 olan kursa elə indi qeydiyyatdan keçə bilərsiniz.

Ətraflı məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

innab3

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər