ExpressBank “Asan Kredit” məhsulunun şərtlərinə dəyişiklik edib

Banker.az-ın əldə etdiyi informasiyaya görə, ExpressBank ASC nağd pul krediti (Asan Kredit) məhsulunun şərtlərinə müəyyən dəyişiklik edib. Belə ki, daha öncə müvafiq məhsul üzrə maksimal məbləğ 5000 AZN təşkil edirdisə, dəyişiklikdən sonra bu məbləğ 10 000 AZN-ə qədər artırılıb. Məhsul üzrə digər şərtlər isə dəyişməz olaraq qalıb. Həmin şərtləri bir daha diqqətinizə çatdırırıq.

Kreditin müddəti: 3-36 ay
İllik faiz dərəcəsi: 28% – 30%
Komissiya: 1%
Təminat: 3000 AZN-dən yuxarı məbləğlərə 1 nəfər zamin tələb olunur.

Əlavə olaraq qeyd edtmək istərdik ki, müvafiq məhsuldan yararlanmaq üçün digər bir tələb son iş yerində stajın minimum 6 ay olmasıdır.