21 C
Baku
Friday, April 26, 2024

Expressbank beynəlxalq miqyaslı bank proqram təminatının son versiyasına keçid alır

Daim müştəri məmnuniyyətinin yüksəldilməsinə xidmət edən innovativ yenilikləri ilə seçilən Expressbank “Temenоs” şirkətinin “T24 Model Bank” prоqram təminatı məhsulunun son versiyasına keçid alır!

İllər ərzində beynəlxalq nüfuzlu banklar tərəfindən sınanılmış , həmçinin Expressbank-da 2012-ci ildən etibarən istifadə olunan “Temenos T24” sistemi, bank əməliyyatları üzrə özünü mükəmməl və operativ platforma kimi doğrultmuşdur. Bu proqramın yeni versiyası bank əməliyyatlarının daha da avtomatlaşdırılmasını təmin edəcək. “T24” proqramının digər xüsusiyyətləri iş prosesində insan faktorunun minimuma endirilməsi və üç səviyyəli avtorizasiyanın mümkünlüyü ilə bağlıdır. Proqram təminatının son versiyası bank əməliyyatlarını daha təhlükəsiz və operativ etməyə imkan yaradacaq.

“T24” adlı yeni proqram təminatının tətbiqinə başlanması ilə bağlı həftə sonları xidmət göstərən Nəsimi və Əhmədli filialı, həmçinin bankın rəsmi saytında şəxsi kabinet və Expresspay ödəmə terminallarında bank xidmətləri 02 fevral 2018 tarixində saat 18:00-dan etibarən 05 fevral 2018 saat 09:00-dək müvəqqəti olaraq fəaliyyətlərini dayandıracaq.

Bankımızın bütün filialları, həmçinin online ödəniş xidməti, şəxsi kabinet və Expresspay vasitəsilə bank xidmətləri 05 fevral 2018-ci il tarixində 09:00-dan etibarən müştərilərə xidmət göstərməkdə davam edəcək.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər