22 C
Baku
Friday, April 19, 2024

“Expressbank” böyüməklə yanaşı son 3 ilin ən böyük mənfəətini əldə edib

“Expressbank” ASC-nin aktivlərin həcmi illik 27.5 mln. manat, yəni, 9.6% artaraq 314,34 mln. manat həcmində olub.

Banker.az xəbər verir ki, bu barədə Bankın 1 yanvar 2018-ci il tarixinə olan maliyyyə hesabatında deyilir.

Bununda  167,608 mln. manatı müştərilərə verilən kredit olmuşdur. Son rüb üzrə kredit portfeli böyüsə də, illik bir qədər kiçilmə olub.

Bankın plastik kartların istifadəçilərinin sayı illik 15% artımla 95 mini keçmiş, gəlirlik isə illik 16% artmışdır.

Expresspay şəbəkəsinin aylıq dövriyyəsi IV rübdə 13% artaraq 10 mln. manatı keçmişdir. İllik dövriyyənin həcmi 95 mln. manata çatıb.

Kredit portfelinin problemli hissəsi 3,5%-dən 2,9%-ə enmişdir ki, bu da hazırda ölkə bankları arasında yaxşı göstərici saymaq olar.

Müştərilər tərəfdən “Expressbank”a yatırlan əmanətlərin həcmi 56%-dən çox artaraq 144,933 mln. manat təşkil edib.

Cəmi öhdəlikləri hesabat dövrünün əvvəli ilə müqayisədə sonu 5 mln. manatdan çox artaraq 170,023 mln. manat olub.

Bankın cəmi kapitalı ötən ilin başlanğıcı ilə müayisədə sonunda 2,3 mln manat artaraq 144,317 mln. manata yüksəlib.

Bank ötən ilin 12 ayında 25,869 mln.manat ümümi faiz gəliri əldə etməklə ilin sonunda xalis mənfəəti 2 mln. manat olub. Bu da hesabat dövründən əvəlki dövürlə müqyisədə 5 dəfə daha çox üstələməklə yanaşı, son 3 ilin ən yüksək mənfəətini əldə edib.

 

Son xəbərlər
Digər xəbərlər