14 C
Baku
Wednesday, April 24, 2024

Expressbank-dan energetika sahəsində işləyənlərə şad xəbər

Expressbank qarşıdan gələn 20 oktyabr “Azərbaycan energetiklərinin peşə bayramı” günü münasibəti ilə energetika sahəsinində çalışan hər kəsi təbrik edir və onlara komissiyasız, illik faiz dərəcəsinə 2% endirim ilə kredit məhsulları təklif edir. Belə ki, 16 – 25 oktyabr tarixlərində bütün energetika sahəsində çalışanlar istənilən Expressbank filialına yaxınlaşmaqla xüsusi endirimlərlə komissiyasız nağd pul krediti götürə bilərlər. Ən əsası isə – manatla və heç bir girov tələb olunmadan!

Kampaniya çərçivəsində müştərilər 10.000 AZN-dək pul kreditindən yararlana bilərlər. Bu zaman 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişin məbləğini minimuma endirməyə imkan verir.

Müştərilərin vaxtına qənaət məqsədi ilə Expressbank həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər