25 C
Baku
Friday, April 19, 2024

Expressbank-ın daha bir filial 24/7 iş rejimində

Expressbank müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq daha bir filialını 24/7 iş rejiminə keçirir. Belə ki, artıq M. Hadi küç. 31 S ünvanında (Əhmədli metrosunun əsas çıxışı) yerləşən Expressbank-ın Əhmədli filialı da həftənin 7 günü 24 saat müştərilərə xidmət göstərəcək. Burada müştərilər sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.

Xatırladaq ki, Expressbank-ın daha bir filialı – şəhərimizin mərkəzində, Bülbül prospekti 29 ünvanında yerləşən Nəsimi filialı da həftənin 7 günü 24 saat Bakı sakinləri və qonağlarının xidmətindədir. Bank-ın MXD, Elmlər, Yasamal, Neftçilər filiallarında isə mövcud 24/7 zonalarında müştərilər  ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.Daha bir filial 247 iş rejimində copy

Son xəbərlər
Digər xəbərlər