23 C
Baku
Saturday, April 20, 2024

Expressbank “Şəxsi kabinet” yaratdı

Bankın www.expressbank.az saytına daxil olaraq əsas səhifədə yerləşən “Şəxsi kabinet” bölməsinə keçid almaq lazımdır. Daha sonra, çox asan bir prosedur təşkil edən qeydiyyatdan keçərək, müştəri kredit ödənişi, cari hesaba mədaxil, depozit hesabının artırılması, bank kartı hesabına vəsaitin yerləşdirilməsi kimi əməliyyatlar həyata keçirə bilər. Qeyd edək ki, əməliyyatlar dərhal həyata keçir. 

Əməliyyatlar istənilən bankın kartı ilə aparıla bilər. “Millikart” şəbəkəsinə daxil olan bankların kartı ilə əməliyyata görə xidmət haqqı tutulmur. Digər prosessinq mərkəzlərinə daxil olan bankların kartı ilə aparılan hər əməliyyata görə 1% həcmində komissiya tutulur.
Bundan əlavə “Şəxsi kabinet” vasitəsi ilə müştərilər Bankda mövcüd olan müqavilələrinin nömrələrini, məhsul növünü, hesablarında olan məbləğlərini, kreditləri üzrə gecikmiş və ödənilməli, əmanət üzrə isə hesablanmış faiz məbləğlərini və s. məlumatı görə biləcəklər.

Expressbank-ın İnformasiya Texnologiyaları departamentinin direktoru Yaşar Kərimov bildirdi ki, bu növ xidmətlərin yaradılmasında məqsəd əlbəttə ki müştərinin öz dəyərli vaxtına qənaət edib, banka gəlmədən bank əməliyyatlarını istənilən vaxt bir neçə saniyə ərzində həyata keçirə bilməsidir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər