18 C
Baku
Wednesday, April 24, 2024

Expressbank sabah da işləyəcək!

Operativ və geniş çeşiddə bank xidmətlərini təmin edən Expressbank-ın MXD, Mərkəz, Xətai, Yasamal, Sumqayıt, Qusar, Şirvan, Mingəçevir, Gəncə filialları 30 sentyabr şənbə günü də fəaliyyət göstərəcək. Burada müştərilər büdcə ödənişləri, təcili pul köçürmələri, nağdsız əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma – kassa xidmətlərindən rahatlıqla yararlana bilərlər.

Xatırlatmaq istərdik ki, şəhərimizin mərkəzində – Bülbül prospekti 29 ünvanında yerləşən Expressbank-ın Nəsimi filialı və M. Hadi küç., 31S ünvanında yerləşən Əhmədli filialı həmişə olduğu kimi həftənin 7 günü 24 saat iş rejimində çalışır. Burada Bakı sakinləri və şəhərimizin qonaqları fasiləsiz olaraq sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən istifadə edirlər.

Bütün bunlardan əlavə, Expressbank-ın MXD, Elmlər, Əhmədli, Yasamal, Neftçilər və Nəsimi filiallarında mövcud 24/7 zonalarında da müştərilər ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər