13 C
Baku
Thursday, April 18, 2024

Expressbank yeni “Mükafat” əmanətini təqdim edir

Expressbank müştərilərə yeni “Mükafat” əmanətini təqdim edir. Müştərilər yeni əmanət növü üzrə vəsait yerləşdirməklə həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqlar, həm də daha çox gəlir əldə edəcəklər.

“Mükafat” əmanəti 1, 2, 3, 4 və 5 illik müddətə yerləşdirilə bilər. Əmanətin illik faiz dərəcəsi müddətdən asılı olmayaraq 9% təşkil edir. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimum 500 AZN / USD tələb olunur.

Əmanətin xüsusi üstünlüyü ondan ibarətdir ki, müddət və faizlərin ödənilmə növündən asılı olaraq, müştərilər müqavilə müddətinin sonunda Expressbank-dan əmanətin həcminin 15%-dək mükafat ala biləcəklər. Bundan başqa müştərilərə bank kartı da hədiyyə olunur.

Son xəbərlər
Digər xəbərlər