16 C
Baku
Thursday, April 25, 2024

“Expressbank”dan hüquqi şəxslərə pulsuz xidmətlər  

Expressbank sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə xüsusi qayğı nümunəsi olaraq yüksək keyfiyyətli və sərfəli şərtlər əsasında bank xidmətləri təklif edir. Bankın yeni tarifləri əsasında hüquqi şəxslər və fərdi sahibkarlar 10-dan artıq bank xidməti üzrə misli görünməmiş təkliflərdən və pulsuz xidmətlərdən yararlana biləcəklər:

  • Əmək haqqı layihələri – pulsuz.
  • Biznes kartların verilməsi – pulsuz
  • POS terminalların quraşdırılması – pulsuz
  • Valyutaların dəyişdirilməsi – pulsuz
  • Ölkədaxili köçürmələr – pulsuz

Bütün bunlardan əlavə 1 ay müddətində hesabdan nağd pulun çıxarılması, hesabın açılması, hesabdan çıxarış, POS-terminal üzrə hesabdan məxaric, əmək haqqı fondundan köçürmə kimi xidmətlər üzrə 0% bank komissiyası müştərilərə maddi resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək. Müştərilər bu yanaşmanı yüksək qiymətləndirir və məhz bu qiymətin nəticəsidir ki, 2017-ci ilin yanvar ayından bu günədək 1700-dən artıq hüquqi şəxs və fərdi sahibkar bank əməliyyatları üçün Expressbank-ı seçmişdir.

Yeni tariflər çərçivəsində kredit əldə etmiş hüquqi şəxslər və fərdi sahibkarlar da bir sıra xidmətlərdən pulsuz yararlana biləcəklər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.Expressbank dan hüquqi şəxslərə pulsuz xidmətlər copy

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər