14 C
Baku
Thursday, April 25, 2024

“Expressbank”ın səhmdarları dəyişdi

Expressbank” ASC-nin səhmdarlarının tərkibində dəyişiklik olub. 

Bankadan verilən xəbərə görə, hazırda “Expressbank”ın səhmləri iki hüquqi və iki fiziki şəxsə məxsusdur. Halbuki, indiyə qədər Bankın səhmləri 4 hüquqi şəxs (“Ador” MMC – 42%, “AZENCO Group” – 40%, “EnerqoServis” MMC – 17,69%, “Avtonəqliyyatservis” MMC – 0,31%) arasında bölüşdürülmüşdü.

Bank “Kommersiya sirri” haqqında qanunun 4.1.2-ci maddəsini (təsisçilər (səhmdarlar) və onların payları haqqında məlumatların kommersiya sirri təşkil etməsi) əsas gətirərək səhmdarlarının adlarını açıqlamayıb.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 122 443 550 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 328,9 manat olan 372 282 səhm əsasında formalaşıb.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər