26 C
Baku
Friday, April 19, 2024

Eyfel qülləsində gizli mənzil

Eyfel qülləsinin ən hündür zirvəsində gizli mənzil yerləşir və bu mənzili məşhur şəxsiyyətlər tez -tez ziyarət edirlər.

Qustav Eyfelin yaratdığı Eyfel qülləsi dünyanın ən məşhur abidələrindən biridir. Qüllənin hündürlüyü 324 metr təşkil edir və bu qüllə 1930-cu ilə qədər dünyanın ən hündür tikilisi idi.

Qüllənin son mərtəbələrində xüsusi ilə Qustav Eyfel üçün tikilmiş böyük bir mənzil yerləşir. Mənzil sadə şəkildə tərtib olunub və burada XIX-cu əsrin tələbatlarını ödəyən bütün əşyalar var, həmçinin xalçalar, divar kağızları, şkaflar və kiçik yataq otağı. Mənzilin olduqca sadə olmasına baxmayaraq o, demək olar ki, bütün parislilərin paxıllıq hissi keçirmələrinə səbəb olmuşdu. Bundan əlavə, deyilənə görə, Qustav Eyfelə bu mənzildə bir gecə keçirmək üçün dəfələrlə küllü miqdarda pul təklifləri edilmişdi, lakin Eyfel öz mənzilinə çox bağlı olduğu üçün bütün təklifləri rədd etmişdi.

Mebeldən savayı mənzildə royal da var. Eyfel görkəmli və məşhur insanlarla görüşlərini məhz burada keçirirdi.

1899-cu ilin 10 sentyabrında Qustav Eyfelin qonağı Tomas Edison olur. Onlar burada Edisonun ixtiralarını müzakirə edərək, siqar çəkərək, şərab içərək 10 saatdan çox vaxt keçirmişdilər.

Son xəbərlər
Digər xəbərlər