14 C
Baku
Wednesday, April 24, 2024

Fədakar hindli

Hindistanlı kəndçi Dashrath Manjhi aşağı kastanın nümayəndəsi idi və hətta xəstəxanası belə olmayan kasıb bir qəsəbədə yaşayırdı. Nisbətən yaxşı səviyyədə olan qonşu şəhərciyə getməyə isə sıldırım dağlar maneçilik törədirdi. O şəhərciyə getmək üçün yeganə – uzun və heç də rahat olmayan bir yol var idi. Bir dəfə Dashrathın arvadı bu yoldan keçərkən yıxılır və ciddi travma alır. Ağır vəziyyətdə olan bu qadına vaxtında tibbi kömək göstərilə bilmir və nəticədə o həlak olur.

Bu hadisədən sonra kəndli əlinə bel, çəkic və balta götürərək dağda yol açmağa gedir. Hər gün o dağa tərəf gedərək dağı çapır, yeri qazır və çıxardığı daşları bir kənara yığırdı. Bəzi mənbələrin verdiyi məlumata görə, o hətta axşamlar tarlada işini bitirdikdən sonra bura gələrək gecələri də çalışırdı. Qonşuları onu dəlisov adlandırmağa başladı. Yerli rəhbərlik isə tənbəllik və pul olmamasını bəhanə edərək ona kömək üçün barmaqlarını belə tərpətmədilər. Bu kasıb kəndliyə dağı çaparak orada yol düzəltməsi üçün 12 il (1960-1982) tələb olundu. Hazırda şəhərciyə getmək üçün kəndlilərə cəmi 1 saat vaxt tələb olunur. Bütün Hindistan onu “dağı yox edən adam” kimi tanıdı. Dashrath öldükdə isə ştat rəhbərliyi bu fədakar hindliyə təntənəli dəfn mərasimi təşkil etmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər