15 C
Baku
Saturday, April 20, 2024

Fərdi piarın üsulları

Bugünkü gündə hər hansısa bir fərdin şöhrət qazanması sadəcə olaraq həyata keçmiş ambisiya hesab edilmir. Bu məşhurluq qazanmış şəxsə siyasətdə, biznesdə və sosial münasibətlərin digər sahələrində bir sıra öhdəliklərin öhdəsindən gəlməyə imkan yaradan xüsusi bir xoşbəxtlikdir. 

Əksəriyyət insanlar bilmirlər ki, istədikdə hər kəs məşhur ola bilər. Bunun üçün xüsusi bacarıqlara sahib olmaq mütləq deyil.

Bu məqalədə biz sizə fərdi PR haqqında danışacağıq.

Döyüşçü piarı

Özünü piar məqsədi ilə süni qalmaqal yaratmaq olar. Bu həmin şəxsin nüfuzuna müxtəlif şəkildə təsir edə bilər. Lakin təcrübə də göstərir ki, bu heç kəsi qorxutmur.
Üstəlik, insanlar qalmaqalın videokameraya çəkilməsinə və yayımlanmasına üstünlük verirlər.

Ekoloji piar

Əksər hallarda fərdi piara ətraf mühitin qeyri – sağlam şəkildə təbliğ etməyi ilə nail olmaq olar. Əvvəl axır təbiət haqqında bu cür qayğı aktiv siyasi fəaliyyətə çevrilir. Belə insanlar daha sonra mer olmağa namizədliyini verirlər.

Dini piar

Xüsusi fərdi piar üsulu dindar insanların hissləri ilə oynmağa əsaslanır. Məsələn, dindən uzaq hər hansısa insan xeyriyyə aksiyaları keçirdir və bunu din ilə əlaqələndirir və s.

Mitinq piarı

Bəzən mitinqlər nəyəsə etiraz xarakterini deyil, təmiz havada bir əyləncəni xatırladır. Məşhurlaşmaq istəyən təşkilatların rəhbərləri mitinq düzəldib özlərini reklam edirlər.

Antikorrupsiya piarı

Fərdi piarın digər məhsuldar bir üsulu da ictimaiyyətə korrupsiyaya qarşı olan nifrətinizi göstərməkdir. Ümumiyyətlə, bir anlıq özünüzü Robin Qud kimi və sanki incidilmişləri və təhqir olunmuşları müdafiə edirmişsiniz kimi təqdim edə bilərsiniz.

“Ac” piar

Piarıın digər sınaqdan çıxmış üsulu da aclıq elan etməkdir. Bu cür aksiya üçün su və mütəmadi olaraq sizin təzyiqinizi ölçən tibb işçisi lazımdır.
Yeri gəlmişkən, nə qədər çox adam aclıq elan etsə bir o qədər yaxşıdır. Qeyd edək ki, belə aksiyalarda hələ heç kəs aclıqdan ölməyib. Lakin bir çoxları yaxşı piar qazanıb.

Məhkəmə piarı

Şöhrət qazanmaq üçün kiminləsə məhkəmədə görüşmək də olar.
Lakin burada bir şeyi yadda saxlamaq lazımdır ki, kütləvi informasiya vasitələrinə bütün məhkəmə prosesləri maraqlı deyil. Məhkəmə prosesinin əsas şərti yaxşı sosial ssenari olmalıdır və yaxud məhkəmədə iştirak edən digər tərəf ya məşhur şəxs, ya da məşhur təşkilat olmalıdır.

Dəbdəbəli piar

Dəbdəbə əşyaları həmçinin fərdi piar üçün yaxşı əsas ola bilərlər. Söhbət isveç saatlarından və yaxud avtomobildən deyil, böyük miqyaslı alış – verişlərdən gedir.

Bu cür piar aksiyaların çatışmayan cəhəti – onlardan yalnız varlı insanlar istifadə edə bilər.

Məsələn, Roman Abramoviç 2003-cü ildə müflis olmaq ərəfəsində olan “Çelsi” futbol klubunu alır, onun borclarını ödəyir və komandaya yeni futbolçular cəlb edir.

Bütün bu hadisələr yerli və digər ölkələrin KİV-lərində yer almışdı.

Ailə piarı

İnsanların ictimaiyyətə şəxsi münasibətlərini açıqlamaqları, toylar, boşanma hadisələri fərdi piarın ən yayılmış üsullarından biridir. Bununla yanaşı qeyd edək ki, hər bir evlənmək və boşanmaq hadisəsi KİV-in diqqətini cəlb etmir. Cütlükdə gərək bir şəxs tanınmış bir insan olsun.

Adətən bu piar üsuluna aktrisalar, modellər və tanınmış aparıcılarla sevgi macəraları yaşayan ambisioz biznesmenlər üz tuturlar.

Son xəbərlər
Digər xəbərlər