23 C
Baku
Tuesday, April 23, 2024

Fərdi rebrendinq: bu nədir və nəyə görə onu qorumaq lazımdır?

Ünsiyyət, danışıqlar, işgüzar əlaqələr, məqsədə nail olma zamanı sizə mane ola biləcək və yaxud kömək edə biləcək yeganə bir cəhət vardır. Bu – sizin şəxsi brendinizdir. Əgər kimsə düşünürsə ki, o şəxsi brendə sahib deyil, bu səhv düşüncədir. O var, sadəcə zəifdir.

İnsanın şəxsi brendi onun nüfuzudur! Bu isə hər kəs də var. Brendi – siz özünüzsünüz!

Şəxsi brend anlayışı 1990-ci illərdə ABŞ-da peyda oldu. Bu zaman nüfuzlu jurnallardan birinin üz qabığında Tom Piter-sin “Brend – sizsiniz” adlı məqaləsi peyda olur.

Sadəcə məhsullar, bir də brend var. Məsələn, elə saatlar var ki, sadəcə vaxtı bilmək üçün taxırıq, elə saatlar da var ki, “göstəriş” üçündür. Zamana qənaət etmək və rahatlıq üçün istifadə olunan avtomobil var, bir də dəbdəbə və incəsənət nümunəsi kimi olan avtomobil. Bu siyahını sonsuz olaraq davam etdirmək mümkündür. Eyni vəziyyət insanlar ilə də eynidir: əsl şəxsiyyətə sahib insanlar var, bir də sadəcə “yaxşı insanlar”.

Əgər ixtisasınızı dəyişmək və yaxud karyera pilləsində irəliləmək qərarına gəlmisinizsə, yaxud həyatınızda yeni bir mərhələ başlayıb və özünüzə qarşı münasibəti dəyişmək istəyirsinizsə brendin analizini etmək mütləqdir.

Bəzən heç fərqində olmasanız belə unutmamalısınız ki, bəzi nailiyyətləriniz və yaxud üstünlükləriniz bəzi hallarda sizə maneə yaradır. Məsələn, daim deyib-gülən, sonsuz zarafatlar edən reputasiyasına sahib olmaq ciddi vəzifəni əldə etməyə əngəl törədə bilər. Lakin  həddindən artıq ciddi xarakterə sahib olmaq da bəzən yüksək xarakter xüsusiyyəti kimi qarşılanmaya bilər.

İlkin olaraq öz brendinizin, yəni nüfuzunuzun təhlilini aparmaq mütləqdir. Maksimum dərəcədə sərbəstliklə özünüzü qiymətləndirin. Bunun üçün isə bir neçə üsul mövcuddur.

Bu məqsədlə ata biləcəyiniz ilk addım necə bir brend olduğunuzu anlamağa kömək edən sualların verilməsidir. Bunun üçün sizinlə münasibətləri yaxşı olan və sizə yalnızca uğur, inkişaf arzulayan yaxın tanışlarınıza suallarla müraciət edin. Onlara bunun çox vacib olduğunu və suallara mümkün dərəcədə ciddi şəkildə yanaşmalarını tələb edin. Bəzən haqqımızda eşitdiyimiz iddia gözləntilərimizdən fərqlənə bilər. Nümunə olaraq aşağıdakı suallardan istifadə edə bilərsiniz:

  1. Məni ən yaxşı izah edən 3 əsas cümlə hansıdır?
  2. Əsas ixtisasımın nə olduğunu və hazırda hansı iş sayəsində pul qazandığım haqqında heç bir məlumata sahib olmasaydınız, mənə hansı işlə məşğul olmağı təklif edərdiniz?
  3. A professional nöqtəsindən B professional nöqtəsinə keçməyə çalışıram. Sizin fikrinizcə, mən nə etməliyəm?
  4. Özümdə inkişaf etdirməli olduğumuz xüsusiyyətlərə malik insanları sadalaya bilərsinizmi?
  5. Zəif cəhətlərim hansılardır?

Şəxsi rebrendinq üçün istifadə edə biləcəyiniz ikinci üsul internetdə kiçicik bir araşdırma aparmaqdır. Sadəcə olaraq internetdə öz ad və soyadınızı yazın və insanların bu vasitə ilə haqqınızda nələr öyrənə biləcəyini araşdırın. Axtarış sistemlərinin ilk səhifələri ilə kifayətlənməyin. Bundan əlavə, sosial şəbəkələrdə sahib olduğunuz hesabları da təhlil edin və bu profillərin digər insanlarda hansı təəssürat yaratdığını anlamağa çalışın.

Bu gün nəhəng HR agentlikləri potensial namizədi növbəti müsahibəyə dəvət etməzdən əvvəl internetdə onun haqqında mövcud olan məlumatları dəqiqliklə öyrənirlər.

Beləliklə, özünüz haqqında kifayət qədər məlumat topladıqdan sonra analizə başlayın. Bu zaman ayrı-ayrı fikirlərə ilişib qalmayın. Məqsədiniz ümumi nəticəyə gəlməkdir. Təhlil zamanı haqqınızda 3 ideya üst-üstə düşərsə bu məsələyə ciddi yanaşmaq lazımdır.

İndi, sizi ətrafdakı insanların necə qəbul etdiyini təyin etdikdən sonra düşünün, brendiniz məqsədlərinizə uyğun gəlirmi? İnsanlarda necə bir təəssürat yaratmaq istərdiniz?

Özünüzü artıq sizin məqsədinizə çatmış bir şəxsin brendi ilə müqayisə edin və bu zaman məhz nə üzərində işləməli olduğunuzu anlayacaqsınız!

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər