8 C
Baku
Friday, March 29, 2024

Face fan sayı üzrə TOP Banklar hansılardır?

Banklar müxtəlif vasitələrlə müştərilərin diqqətini cəlb etməyə çalışırlar. Dünya təcrübəsində də mövcud olan alternativlərdən biri online jurnalistika, müxtəlif sosial şəbəkələrdə nəinki oxuculara yeniliklər barədə məlumat vermək, yeni zamanda istifadəçilərin maraqlarında çıxış edərək müxtəlif yeni məhsulları təqdim etməkdir. Azərbaycanda da əkdər banklarımız bu üsullardan kifayət qədər istifadə edir. Beləki, əksər banklarımız Facebook kimi müxtəlif sosial şəbəkələrdə rəsmi səhifələri vasitəsi ilə bankın yenilikləri, xidmətləri və s. barədə istifadəçilərə məlumat verirlər.

Bəs bankın rəsmi facebook profili banka və istifadəçiyə hansı əlavə üstünlükləri qazandırır? Nəzərə alın ki, nəinki gənc təbəqə, eyni zamanda tələbələr, müxtəlif vəzifəzli işçilərin, hətta bank əməkdaşlarının şəxsi face profilləri var. Potensial kredit alan müştəri bankın təklifi ilə yanaşı yaxınlarınında fikirlərini də nəzərə alır. Facebookda Azərbaycan istifadəçilərinin sayı 1 052 800 nəfər olduğunu nəzərə alsaq, bu deməkdir ki, əhalimizin 11.4% (1 052 800*100/9 235 100) facebook istifadəçisidir. İndi təsəvvür edin ki, hansısa bank hətta facebook üzərindən hansısa xidməti bir başa istifadəçilərə təqdim edir. Deyin görək hansı bank daha cəl edici görünər müştəri üçün, təbii ki, həmişə aktual olan bank.

Müştərilərin cəlb üçün atılan maraqlı addımlardan biri də məhz Facebook sosial şəbəkəsi üzərindən istifadəçiləri bankın xüsusi xidmətini təklif etməkdir ki, hazırda bu tip xidmətlər təklif edən banklarımızdan birincisi olaraq Bank of Bakunu qeyd etmək olar. “Fan kredit” Azərbaycanda ilk dəfə Facebook vasitəsilə kreditlər Bank of Baku tərəfindən ayrılmağa başlanıb. Facebook rəsmi səhifəsində yerləşdirilmiş anketi doldurmaqla istifadəçilər Fan kreditini almaq şansı əldə edirlər. Bundan başqa müxtəlif oyunlar, səs vermələr nəticəsində qaliblərini sevindirən banklarımızda az deyil. Unibank “Novruz oyunu” vasitəsi ilə öz istifadəçilərinə 100 AZN məbləğində Albalı kartı qazandırdı.

Bununla yanaşı facebook səhifələrinə və istifadəçilərinə nəinki bankın yenilikləri, xidmətləri barədə xəbər vermək, istifadəçilərdən gələn mesajları cavablamayan, bayramlarında təbriklərini bölüşməyən banklarda tapıldı. Təbii ki, bankın facebook rəsmi səhifəsində aktivliyi onun istifadəçilərinin yəni fanlarının sayı ilə də əlaqəlidir. Təbii ki, əksər banklar istifadəçilərin diqqətini qazanmaq üçün müxtəlif alternativ üsullara, müsabiqələr, oyunlar, səs vermə sıralamsı ilə bağlı üsullar və s.dan istifadə edirlər. Ancaq istifadəçinin rəsmi səhifəni like etməsi, yəni bəyənməsi ilə iş bitmir. Elə bu məqamda da bankın kreativliyi, müştərinin nə istədiyini bilməsi məsələsi ortaya çıxır.

Bəs facebook rəsmi səhifəsində fanlarının sayına görə ilk yeri tutan bank hansıdır. Bu suala cavab vermək üçün aşağıdakı diaqrama diqqət yetirin.

cvd56Diaqramdanda görün düyü kimi, ilk 3-lük aşağıdakı kimidir:

1. Unibank – 100,949 fan;

2. Bank of Baku – 67,005 fan; 

3. Bank Respublika – 45,255 fan.

29 Bank arasında İlk 3-lüyün sahibləri Unibank, Bank of Baku, Bank Respublika ümumi bankların fan sayı ilə müqayisədə 58.09% təşkil edir. Eyni zamanda rəsmi səhifədəki müzakirə sayı da kifayət qədər yüksəkdir. Fan sayı etibarı ilə TOP 10 siyahı üçün aşağıdakı cədvələ nəzər salın.

N Bankın adı

 Fan sayı (nəfər)

1

Unibank

   100,949

2

Bank of Baku

     67,005

3

Bank Respublika

     45,255

4

Parabank ASC

     36,485

5

DemirBank

     31,254

6

Bank Standard

     19,005

7

AccessBank

     15,337

8

AGbank Ekspress

     11,271

9

Bank of Azerbaijan

       7,381

10

AtaBank

       6,102

Son xəbərlər
Digər xəbərlər