12 C
Baku
Thursday, March 28, 2024

Facebook şirkəti WhatsApp-a görə 120 milyon dollar cərimələndi

Banker.az saytı xəbər verir ki, Avropa İttifaqının Antimonopoliya xidməti Facebook şirkətini 2014-cü ildə WhatsApp-ı alarkən düzgün olmayan məlumatın təqdim edilməsinə görə 110 milyon avro (120 milyon dollar) cərimələdi.

Avropa Komitəsinin sözlərinə görə, cərimənin Facebook-un “şirkət öz istifadəçilərinin hesablarını messencerdə olan hesablar ilə avtomatik olaraq əlaqələndirə bilməz” iddiası ilə bağlıdır. Lakin sosial şəbəkə iki ildən sonra bunu etməyə imkan verən xüsusi xidmət yaratdı.

“Komitə belə aşkar edib ki, Facebook şirkətinin iddiasına baxmayaraq, Facebook və WhatsApp istifadəçilərinin hesablarının avtomatik olaraq birləşdirilməsi üçün texniki imkan 2014-cü ildə artıq mövcud idi. Bununla belə, şirkət əməkdaşları bu imkanla bağlı məlumatlandırılmışdı” deyə AK-nin bəyanatında deyilir.

Facebook şirkəti isə öz növbəsində bəyanatla çıxış edərək bildirib ki, 2014-cü ildə imzalanan sənədlərdə yol verilən səhv bilərəkdən edilməyib və müqavilənin son nəticələrinə təsir etməyəcək. Şirkət həmçinin qeyd edib ki, cərimə WhatsApp-ın şirkət tərəfindən alınmasının rəsmi təsdiqini ləğv etməyəcək.

Son xəbərlər
Digər xəbərlər