8 C
Baku
Friday, March 29, 2024

Facebook uşaqlar üçün Messenger yaratdı

Facebook sosial şəbəkəsinin 13 yaşından kiçik istifadəçilər üçün Messenger-in uşaq versiyası yaradılıb. Banker.az xəbər verir ki, bu uşaqların sosial şəbəkədə qeydiyyatdan keçə bilmədiyi qaydalar ilə əlaqəlidir.

Yeni tətbiqetmə Messenger Kids adlanır. Uşaqlar sərbəst şəkildə hesab yarada və kontakt əlavə edə bilməz. Belə ki, bunu onların əvəzinə valideynləri edəcək. Layihə yaradıcılarını fikrincə bu onların ünsiyyət dairəsini qohumlar və dostlarla məhdudlaşdıraraq daha təhlükəsiz etməyə imkan verəcək. Belə ki, uşaq sinif yoldaşı ilə ünsiyyət qurmaq istədikdə kontakt mübadiləsini hər iki uşağın valideyni təsdiq etməlidir. Bununla yanaşı, valideynlər uşağın Facebook sosial şəbəkə hesabında dost siyahısında olmalıdır.

Səsləndirilən iradlara qarşı Facebook nümayəndələri bildiriblər ki, uşaqlar ismarıcları silə bilməyəcəklər. Bundan əlavə, valideynlər uşağın yazışmaları haqqında bildiriş əldə edəcəklər (bütün hesabatlar şirkətin əməkdaşları tərəfindən hazırlanacaq).

Görünür Facebook şirkəti Messenger Kids ilə fəal olaraq Snapchat və Instagram istifadə edən ən gənc istifadəçi auditoriyasını ələ almaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər