24 C
Baku
Thursday, April 18, 2024

Faizsiz bankçılığın məqsədləri və növləri

Müəllif: Royal İmanlı

Faizsiz bankçılığın məqsədləri

Faizsiz bankların yaranmasını onların əsas məqsədi kimi də göstərmək olar. Belə ki, əlində külli miqdarda pul olan əhali bunu dəyərləndirə biləcək vasitəçi quruma ehtiyac duyurdular.

Bunun nəticəsində qısa bir zamanda faizsiz banklar sürətlə artmağa başladılar. Lakin bu faizsiz bankların yaranmasının və fəaliyyətinin yeganə məqsədi deyil. Faizsiz bankların aşağıdakı məqsədlərini sadalaya bilərik: 

  • Mənfəət əldə etmə;

  • İslam prinsiplərinin iqtisadi həyata tətbiq olunması;

  • Sosial-iqtisadi məqsədlərin həyata keçirilməsinin asanlaşdırılması;

  • Tarazlaşdırılmış maliyyə sistemi qurma;

  • Mədəniyyətə faydalı qurum qazandırma;

  • Digər məqsədlər.

 Mənfəət əldə etmə

 Faizsiz banklar bir kommersiya müəssisəsi olaraq əsas məqsədlərindən biri əlbəttə ki, mənfəət əldə etməkdir. Faizsiz banklar üçün mənfəət əsas məqsədlərdən biri olsa da bu mənfəəti müəyyən çərçivə daxilində sıxmaq məcburiyyətindədirlər. Belə ki, adətən şəriət qanunlarına zidd olan sahələrə vəsait ayırmaq və buradan mənfəət götürmək qadağandır.

İslam prinsiplərinin iqtisadi həyata tətbiq olunması

 Yəni, klassik bankların həyata keçiridiyi bütün əməliyyatları islam qanunları çərçivəsində (faizsiz, şəriət qanunlarından kənara çıxmamaq şərtilə) həyata keçirirlər.

 Sosial-iqtisadi məqsədlərin həyata keçirilməsinin asanlaşdırılması

 Bəzi ölkələrdə faizsiz bankların daxilində xüsusi fondlar yaradılır ki, buradan da ehtiyacı olanlara yardımlar olunur.

Tarazlaşdırılmış maliyyə sistemi qurma

 Faizsiz banklar tərəflər arasında nemət – nəsil tarazlığını quracaq bir maliyyə sistemi yaratmaq məqsədini güdürlər.

 Mədəniyyətə faydalı ola biləcək qurum qazandırma

 Faizsiz bankların uğurla işləmələri və uğur qazanmaları sadəcə belə bir təcrübənin davamlı olaraq ayaqda dura biləcəyini göstərmək üçün deyil, həmçinin əhalinin rifah və sosial təhlükəsizliyini təmin etmək və ortaya çıxacaq nümunə bir qurumu daha insanlıq və mədəniyyətə xeyirli bir miras buraxmaqdır.

Digər məqsədlər

 Faizsiz bankların digər məqsədləri xalqın faizə qarşı həssas təbəqəsinin əlində olan vəsaiti cəlb etmə, müxtəlif sektorların ehtiyacının ödənilməsi üçün vəsaitlərin toplanması və s.

 Faizsiz bankların növləri

 Faizsiz bankları məqsədlərinə görə 3 qrupa ayırmaq olar:

 İnkişaf bankı

 İslam Konfransı Təşkilatına üzv ölkələrin iqtisadi və sosial inkişaflarına kömək etmək üçün inkişaf bankları yaradılmışdır. Bu bank hökümət nəzdində təmsil olunur. Bunun tək ünsürü İslam İnkişaf Bankıdır

 2. Sosial məqsədli faizsiz banklar

 Bu banklar sosial məqsədlər üçün yaradılırlar. Lakin bu o demək deyil ki, bu banklar yalnız sosial layihələrə xidmət edirlər. Misal olaraq, ilk faizsiz bankçııq nümumələrindən olan Nasir Sosial Bankını göstərə bilərik. Bu bank həyata keçirdiyi bank əməliyyatları ilə yanaşı, kiçik sənaye layihələrinə borc verir və ali təhsil alan tələbələrə də köməklik edirdi. Bundan başqa bank zəkatların toplanması və paylanması, eyni zamanda elmi toplantılar da həyata keçirirdi.

3. Faizsiz kommersiya bankları

Xüsusilə, 70-ci illərdəki “neft bumu”ndan sonra sayları sürətlə artan və inkişaf edən faizsiz kommersiya bankları faizsiz bankçılıq nümunələrindən ən çox rast gəlinənlərdir. Faizsiz kommersiya banklarının əsas vəzifələri olmasa da, bu banklar müxtəlif sosial layihələrə də vəsait ayırırlar.

Faizsiz bankları məqsədlərinə və kreditləşdirdiyi sahələrə görə aşağıdakı növlərə ayırırlar: qənaət bankları kommersiya bankları, inkişaf bankları, investisiya bankları, sənaye inkişaf bankları, xalq bankları, əmlak bankları, kooperativ bankları, millətlərarası inkişaf bankı, kompleks faizsiz maliyyə qurumu

A) Qənaət bankları
Xalqın kiçik yığımlarını toplayaraq onları idarə edən və alınan mənfəəti yığım sahibləri ilə bölüşdürən banklara qənaət bankları deyilir. İlk dəfə olaraq 05.07.1963 tarixində Misirin Mit-Qamr qəsəbəsində qurulmuş və tekstil emalatının maliyyələşdirilməsi üçün kreditlər ayırmışdır və olduqca mənfəətlə işləmişdir.

B) Kommersiya bankları
Kommersiya banklarını belə adlandırmağın iki səbəbi var: kommersiya müəssisələrinə borc verdiklərinə və özlərinin mənfəət qazanmaq məqsədilə əməliyyatlar apardıqları üçün.
C) İnkişaf bankları
İnkişaf bankları inkişaf etməkdə olan ölkələrdə investisiya kapitalı çatışmazlığını aradan qaldırmaq və bundan başqa texniki yardımlar etmək, təşəbbüskarların sənaye sahələrinə yönəlmələrinə kömək etmək və inkişafı sürətləndirmək üçün yaranan qurumlardır.

Bu bankların məqsədi əkinçilik, meşə və heyvandarlığın və bununla əlaqəli olan sənayenin inkişaf etdirilməsi üçün qısa, orta və uzun müddətli, mənfəət-zərər ortaqlığı əsasında hər növ kreditin ayrılmasıdır.

D) İnvestisiya bankları
İnvestisiya bankları qiymətli kağız ixrac etməklə uzunmüddətli vəsait əldə edən müəssisələrlə yığımlarını qiymətli kağızlara investisiya olaraq yatıran fiziki və hüquqi şəxslər arasında vasitəçilik edən qurumlardır. İnvestisiya bankları adətən sənayə sektorunu uzunmüddətli kredit və ya investisiya ilə təmin edən banklardır. bulunan aracı kurumlardır.

E) Sənaye inkişaf bankları
Sənaye inkişaf bankları müəssisələrə orta və uzunmüddətli kreditlər verərək investisiyalara dəstək verən qurumlardır.

F) Xalq bankları
Xalq bankları kiçik dükan sahibləri və ustalıqla məşğul olanların kredit ehtiyacını qarşılamaq üçün qurulan banklardır. Bu cür şəxslərin bankda girov qoymağa ipotekaları olmadığı üçün təminat növü kimi əsasən zaminlikdən istifada olunur.

G) Əmlak bankları
Əmlak bankları, daşınmaz əmlak qarşılığında orta və uzunmüddətli kredit verən banklardır. Mənbə üçün kapital bazarına müraciət olunur.

H) Kooperativ bankları
Kooperativ bankları kənd təsərrüfatı məhsulları satış kooperativlərinə və bunların qatıldıqları birliklərə maliyyə yardımı göstərmək üçün qurulan banklardır.

Son xəbərlər
Digər xəbərlər