13 C
Baku
Friday, April 19, 2024

Fariz Hüseynov

Fariz Hüseynov Şimali Dakota Dövlət Universitetinin Maliyyə üzrə Asistent Professorudur. Həmin universitetdə və Memfis Universitetində Maliyyə Menecmenti, Maliyyə Bazarları, Beynəlxalq Maliyyə və İnvestisiya fənnləri üzrə dərs demişdir.

Əsasən, vergilərin şirkət dəyərinə, korporativ idarəetməyə və bazarın mikrostrukturuna olan təsirini araşdırır. Eyni zamanda, keçid ölkələrində maliyyə sektorunun inkişafı ilə bağlı araşdırmalar edir. Məqalələri müxtəlif jurnal, kitab və qəzetlərdə dərc olunmuşdur. Maliyyə üzrə doktorantura (PhD in Finance) dərəcəsini Memfis Universitetindən, magistr (MBA) dərəcəsini isə Ball Dövlət Universitetindən almışdır.

Banker.az – Sizin MBA-ya daxil olmaq üçün hansı ilkin şərtləriniz vardı? Bu ideya Sizdə necə yarandı?

Fariz Hüseynovİlkin şərtim maliyyə sahəsində seçməli dərsləri ya da (concentration) olan proqram idi. İkincisi isə təhsil haqqının universitet tərəfindən ödənilməsi. Eyni zamanda səviyyəsinə görə qəbul olunmağım real bir universitet.
İdeya o zaman yarandı ki, artıq Türkiyədəki təhsilimi daha da irəli apararaq Qərbdə master təhsili almaq istəyirdim. Maliyyə sahəsində ən yaxşı təhsili ABŞda alacağımı düşünürdüm. Artıq 3-cü kursda olanda hazırlaşırdım, həmçinin universitetin kitabxanasında maliyyə ilə bağlı ingilis dilli dərs kitablarını oxuyurdum. Bu da məni ABŞ universitetlərinə cəlb edirdi. Doğrudur Avropaya qəbul olsam da getmədim, növbəti il ABŞa getməyə qərar verdim.

Banker.az – Əgər insan öz biznesini inkişaf etdirməyi planlaşdırırsa, biznes ilə kifayət qədər tanış olduğu halda vaxtını təhsilə sərf etməyə dəyərmi?Yəqin ki, bu iki ili öz biznesinin bilavasitə inkişafına investisiya etmək daha yaxşı olamazdımı?

Fariz HüseynovBizneslə məşğul olarkən əlbəttə işin praktiki tərəfini daha yaxşı bilirsən, çətin anlarda qısa müddətdə doğru qərar vermə bacarığına sahib olursan. Ancaq çox vaxt faktorlar arasında əlaqəni, ümumi nəzəri metodikanı, nəzəri cəhətdən biznesin inkişaf yollarını bilmirsən. Təhsil bu zaman sənə kömək edir. Məsələn maliyyə sahəsində bəzi nəzəri metodikanı bilmədən mümkün deyil. Əgər biznesdə gündəlik təkrarlayaraq öyrənirsənsə, təhsil zamanı nəzəri cəhətdən biliyin artır ki, bu da müxtəlif hallarda insanın köməyinə çatır. Adətən işində daha yüksək postlar tutmaq istəyənlər master dərəcəsi alır. Məncə insanın özünə edəcəyi ən yaxşı investisiya təhsildir. Biznesin inkişafına əlbəttə təhsilsiz də nail olmaq olar, amma bu nə qədər sağlam və uzun müddətli olacaq, onu deyə bilmərəm.

Banker.azMəktəbi seçərkən nələrə daha çox diqqət yetirmək lazımdır?

Fariz HüseynovTəbii ki, sahəyə görə renkinqə baxmaq lazımdır. Real olmaq da lazımdır. Təhsil haqqı, coğrafı mövqe, kariyer imkanları da vacibdir. Proqrama daxil olan tələbənin orta profili nədir (yaş, iş təcrübəsi, imtahan qiymətləri vəs.) məzunlar harada iş tapıblar suallarına cavab tapılmalıdır.

Banker.az – Qəbul prosesi nə qədər vaxtınızı aldı? Ən mürəkkəb və çətin nə oldu?

Fariz HüseynovQəbul üçün adətən 8-10 ay əvvəldən sənədləri göndərmək lazımdır. İmtahanlara hazırlaşmaq bir neçə ay vaxt apardı. O vaxtlar imtahanlar təzə komputer sisteminə keçirdi, mənim isə komputerim yox idi. Bir yolnan hazırlaşırdım. Sənəd göndərmə elə çətin deyildi. Sadəcə çoxu onlayn sənəd göndərmək istəyirdi və kredit kart tələb edirdi, o vaxtı isə yenə kredit kartlar yeni istifadə olunurdu (Türkiyədə). Məcbur olub dostlarımdan xahi ş edirdim. Ən mürəkkəb GMAT imtahanı və istək məktubunun yazılması idi. Çünki bu məktubda müəllim heyətini inandırmalısan ki, ən uyğun seçim sənsən. Ancaq mənim üçün bir də, maliyyə vəsaitinin alınması çətin oldu. Qəbul olunandan sonra 3-4 ay gözləməli oldum bunun üçün.

Banker.az – Sizin fikrinizcə, qəbula hazırlıq prosesində ən mühüm olan nədir?
Fariz HüseynovGMAT/GRE imtahanlarından yaxşı bal almaq, iş təcrübəsinin uyğunluğu və yaxşı istək məktubu. Eyni zamanda imkan varsa gedib fakültənin müəllimləri ilə görüşmək və tanış olmaq da yaxşı olardı. Müəllim heyəti inanmalıdır ki, siz digərlərindən üstünsünüz.
Bilavasitə tədrislə bağlı olmayan müxtəlif məktəb fəallıqları  barədə nə deyə bilərsiz? Buna vaxt çatırmı? (universitet nəznində fəliyyət göstərən müxtəlif klublar nəzərdə tutulur)
Masterde bunun üçün vaxt bakalavrdan daha az olur, amma əlbəttə tələbədən asılıdır. ABŞ-da tələbəlik ümumiyyətlə bir həyat stilidir. Bundan istifadə etmək, müxtəlif qrupların fəaliyyətlərində iştirak etmək olar. Ən birincisi elə beynəlxalq tələbələrlə bağlı şöbənin təşkil etdiyi görüşlərdə iştirak etmək olar. Bu dövr çoxlu dost-tanış tapmaq dövrüdür və o dost tanışlar kitabın içində deyil, ətrafdadır. Ona gorə mütləq kitabdan ayrılıb ətrafdakılarla ünsiyyətdə olmaq lazımdır. PhD təhsilində bu çox çətin olur, ancaq bakalavr master tələbələri mütləq daha aktiv olmalıdır.

Banker.az – Xarici universitetlərə qəbul olmaq istəyənlərə  nə arzu və ya məsləhət edərdinz?

fariz%20grad 200 181Fariz HüseynovArzu edərdim hamısı layıq olduğu yerə qəbul olsunlar, hər yerdə həm öz adlarını, həm ölkəmizi tanıtsınlar. Məsləhətim isə bu olardı ki, asan yolla, əziyyət çəkmədən, ən yaxşı yerə (ya da ən pis yerə belə) getmək arzusunda olmasınlar. Məqsədyönlü olub, nizam-intizamla, səbrlə çalışsınlar ki, məqsədlərinə çatsınlar. Təəssüf ki, bizdə nizam-intizamlı çalışma stili geniş yayılmadığı üçün çox tələbə potensialından istifadə edə bilmir, tez ruhdan düşür. Eyni zamanda gözləməsinlər ki, kimsə onlara hər şeyi hazırlayacaq, onlar da istədikləri proqrama rahat daxil olacaqlar.

Banker.az – Təşəkkür edirik!

Son xəbərlər
Digər xəbərlər