12 C
Baku
Thursday, March 28, 2024

FED-ə uçot dərəcəsini hər rüb bir dəfədən çox artırmağa imkan verəcək

“Bu il FED-in uçot dərəcəsini 5 iclasda artırması az ehtimal olunsa da, 2019-cu ildə daha çox artımla üzləşəcəksiz”.

Bu açıqlamanı ABŞ-ın nüfuzlu “Goldman Sachs” investisiya bankının baş iqtisadçısı Yan Hatsius (Jan Hatzius) verib.

Hatsius bildirib ki, işsizliyin 3,25-3,5%-ə geriləməsi və inflyasiyanın 2% hədəfinə çatması və onu ötməsi FED-ə uçot dərəcəsini hər rüb bir dəfədən çox artırmağa imkan verəcək.

“Düşünürəm ki, ABŞ iqtisadiyyatı qızma riski ilə qarşılaşıb. Monetar siyasət buna əngəl olmalıdır”, – deyə baş iqtisadçı vurğulayıb.

Qeyd edək ki, FED-in monetar siyasət iclasları hər rübdə 2 dəfə keçirilir. Bu il FED-in 4 iclasda, yəni rübdə bir dəfə uçot dərəcəsini artırması ehtimal olunur.

©Report

Son xəbərlər
Digər xəbərlər