22 C
Baku
Thursday, April 25, 2024

FED bu dəfəki iclasında uçot dərəcəsini artıra bilər [analitika]

Bu gün və sabah qurumun növbəti iclası keçiriləcək

Bu gün və sabah ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası keçiriləcək.

İclasda uçot dərəcəsi nəzərdən keçiriləcək.

Xatırladaq ki, qurumun mayın 1-2-də keçirilmiş iclasında uçot dərəcəsinin 1,5-1,75% səviyyəsində saxlanılmasına qərar verilmişdi. İqtisadçılar bu dəfəki iclasda faizlərin cüzi artırılacağını proqnozlaşdırır.

Məsələn, ABŞ-ın “Morgan Stanley” bank holdinqinin rəhbər iqtisadçısı Ellen Zentner bildirib ki, FED uçot dərəcəsi baxımından demək olar ki, yaxşı nöqtədədir və uçot dərəcəsinə kiçik düzəlik edəcək. Onun fikrincə, ABŞ-da inflyasiyanın səviyyəsi ilə bağlı ciddi narahatlığa ehtiyac yoxdur.

Report-un analitik qrupu da hesab edir ki, iclasda uçot dərəcəsi cüzi, təxminən 0,25% artırılaraq 1,75-2%-ə çatdırıla bilər. Bu, baş versə ABŞ dolları bütün dünyada, o cümlədən qonşu Türkiyədə bahalaşacaq və investorların inkişaf etdəkdə olan ölkələrin bazarından ABŞ bazarına axını bir qədər də güclənəcək.

Bununla belə, FED-un uçot dərəcəsini hələlik, sabit saxlayacağı da istisna deyil. Qurumun ehtiyatlı mövqe nümayiş etdirməsi investorları qeyri-müəyyən risklər fonunda ehtiyatlandıra və qlobal maliyyə bazarlarında Amerika valyutasını ucuzlaşdıra bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər