26 C
Baku
Friday, April 19, 2024

FED-in bugünkü iclasında uçot dərəcəsini dəyişdirməsi gözlənilmir

Ötən gün başlayan ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası bu gün başa çatır. İclasda uçot dərəcəsinin dəyişdirilməsi gözlənilmir. ABŞ istiqrazlarının fyuçers kontraktlarına görə, maliyyə bazarları bu gün uçot dərəcəsinin artırılması ehtimalını 0% kimi qiymətləndirir.

Qeyd edək ki, FED-in növbəti iclası dekabrın 12-13-də keçiriləcək. Bu iclasda uçot dərəcəsinin artırılmnası ehtimalı isə hazırda 85% təşkil edir. Belə ki, FED-in sentyabrın 20-də keçirdiyi son monetar siyasət iclasından sonra ABŞ-ın iqtisadi göstəriciləri yaxşılaşıb, vergi islahatları ilə bağlı müsbət addımlar atılıb, fond indeksləri isə yüksəlib.

Növbəti iclasa qədər dolların qlobal valyuta bazarında möhkəmlənməyə davam etməsi proqnozlaşdırılır. Xatırladaq ki, bugünkü iclasdan sonra mətbuat konfransı keçirilməyəcək.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər