23 C
Baku
Friday, April 19, 2024

FED-dən dollarla bağlı xəbər gözlənilir

ABŞ Federal Ehtiyat Sisteminin (FED) may ayında keçirdiyi iclasın yekunu mayın 24-də açıqlanacaq. “Bloomberg” agentliyinə istinadən, yekun rəydə iyun ayı iclasında faizlərin mümkün artırılması ilə bağlı açıqlamalar ola bilər. Qeyd edək ki, mayda keçirilən iclasdan sonra iyun iclasında uçot dərəcəsinin artması ehtimalı 90%-ə qədər yüksəlsə də, son günlər ABŞ Prezidenti ətrafında yaranan qalmaqal və bəzi zəif iqtisadi göstəricilər ehtimalları 60%-ə qədər azaldıb.

“Marketwatch” araşdırma şirkətindən verilən xəbərə görə, Kanadanın “TD Securities” investisiya bankının analitikləri FED-in müsbət açıqlamalar verəcəyini gözləyirlər. Yəni, çərşənbə günü veriləcək FED-in açıqlamaları uçot dərəcəsinin artırılması ehtimallarını yenidən yüksəldə bilər.

“Capital Economics”in baş iqtisadçısı Pol Aşvorts (Paul Ashworth) hesab edir ki, əmək bazarı göstəricisi FED-in uçot dərəcəsini artırması fikrini dəstəkləyəcək. İşsizlik göstəricisi 4,4%-ə enərək 2007-ci ildən bəri ən aşağı səviyyəyə geriləyib. Lakin inflyasiya göstəricisi son 2 ayda bir qədər yumşalıb.

“Report”un analitik qrupu bildirir ki, FED-in uçot dərəcəsinin artırılması qərarını müsbət dəstəkləyəcək açıqlamalar verməsi dolların məzənnəsinin yüksəlməsinə səbəb olacaq və əsas valyuta cütlüyü 1,10 USD/EUR səviyyəsindən aşağı düşə bilər.

Son xəbərlər
Digər xəbərlər