16 C
Baku
Thursday, April 25, 2024

FED-in ilk qadın rəhbəri olan Janet Yellen sabahdan postundan gedir

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) ilk qadın rəhbəri olan Janet Yellen sabahdan öz postunu tərk edəcək.

2014-2017-ci illəri əhatə edən çox çətin keçid dövründə FED-ə rəhbərlik edən J.Yellen öz postunu bankın yeni başçısı Jerome Powella həvalə edəcək. J.Powell fevralın 3-dən etibarən FED-in rəhbəri kimi fəaliyyətə başlayacaq.

Analitiklərin fikrincə, J.Yellen ölkə iqtisadiyyatını tam məşğulluğa çatdıran “əla işi” sayəsində FED-in ən müvəffəqiyyətli rəhbərlərdən biri kimi tarixə düşəcək. J.Yellenin FED-ə rəhbərlik etdiyi 4 ildə xüsusilə məşğulluq sahəsində çox yaxşı iş gördüyünü düşünən ekspertlər FED-in ilk qadın başçısının müvəffəqiyyətli bir miras qoyduğuna dair həmfikirdirlər.

İqtisadi göstəricilərə görə, J.Yellen FED-in 104 illik tarixində ən müvəffəqiyyətli rəhbərlərdən biri kimi tarixə düşüb. FED-in siyasətdən müstəqil bir qurum kimi qəbul edildiyi ABŞ-da J.Yellenin ikinci dəfə rəhbərlik postuna iddialı olmaması da ölkə tarixində nadir rastlanan hadisələrdən biri olub.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər