22 C
Baku
Thursday, April 25, 2024

FED rəsmiləri faiz artımına razıdırlar

FED-in iki regional sədri gələn ay keçirilən iclasda faizlərin artırılacağına işarə vurub.

 

Regional sədrlər deyib ki, ABŞ iqtisadiyyatının  Federal Açıq Bazar Komitəsinin (FOMC) 14-15 İyunda keçirəcəyi iclasda faiz artımına gedəcəyi gözləniləndir. İnvestorlar bu iclasda faiz artımı ehtimalını 12% olaraq görürlər.

Sədrlər gələn ay keçirilən iclasda faiz artımı ehtimalının aşağı olduğuna dair suala cavab olaraq “Faiz artımının real bir variant olduğuna dair daha çox şərait var” deyə söyləyiblər: “İyunun ortasında keçiriləcək toplantıya qədər bazarları buna hazırlamaq lazımdır” şəklində əlavə edib.

Xatırladaq ki, FED rəsmiləri sonuncu iclasda faizləri dəyişməyərək 0.25 – 0.50 faiz aralığında saxladılar. Bu qərardan sonra edilən açıqlamada “qlobal iqtisadi və maliyyə prosesləri risk yaratmağa davam edir” ifadəsinə yer verilmədi və bunun əvəzinə, “dünyadakı vəziyyət yaxından izlənəcək” deyildi.

PublikaAz

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər