22 C
Baku
Friday, April 19, 2024

Ferrari ayrı bir şirkətə çevriləcək

Fiat Chrysler Automobiles borcun ödənilməsi üçün vacib olan 4,7 milyard dolların cəlb edilməsi məqsədilə Ferrari-ni ayrıca bir şirkət olaraq təşkil etməyi planlaşdırır.

Bu addım investorlara dünyanın ən məşhur avtomobil sənayesi brendlərindən birinin pay sahibi olmağına imkan verəcək.

Fiat Chrysler Ferrari-nin səhmlərinin 10%-ni ABŞ birjasında yerləşdirməyi planlaşdırır və şirkətin verdiyi rəsmi məlumata görə gələn il bu Avropada da mümkün ola bilər. Bu xəbər elan edildikdən sonra Fiat Chrysler səhmlərinin dəyəri Nyu-York birjasında 19% artmışdır.

Son xəbərlər
Digər xəbərlər