13 C
Baku
Friday, April 19, 2024

Fevralın 1-dən hansı əmanətlər vergidən azad olacaq?

Banker.azın bir müddət öncə verdiyi xəbər görə, əmanətlər 3 illik vergidən azad edilməsi gözlənilir. Bu məsələ həm bank sistemində çalışan işçiləri, həmdə banklarda depoziti olan və ya depozit qoymaq istəyən əhalidə ciddi çaşqınlığa  səbəb olmuşdur. Qeyd olunan güzəştlər hansı əmanətlərə aid olacaq? Bu güzəştlər əvvəl qoyulan əmanətlərə şamil olunurmu? Faizlərin hesablanması necə aparılacaq?

Bu məsələni aydınlaşdırmaq məqsədi ilə Banker.az redaksiyası ekspert Rəşad Əliyevlə əlaqə saxlamışdır. O məsələyə belə aydınlıq gətirmişdir: “AR Vergi Məcəlləsində Milli Məclis tərəfindən edilmiş dəyişikliklər 2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Buna uyğun olaraq 01 fevlal 2016-cı il tarixindən sonra banklarda fiziki şəxslərin əmanətləri üzrə hesablanan faizlər üzrə vergilərin hesablanması dayandırılmalıdır. Həmin tarixdən əvvəlki dövrlərə hesablanmış faizlər isə vergiyə əvvəlki qayda ilə cəlb ediləcək. Məsələn, əgər siz əmanəti 2015-ci ildə yerləşdirmisinizsə, bu halda həmin əmanət üzrə hesablanmış faizlərin 01 fevral 2016-cı il tarixə kimi olan hissəsi vergiyə əvvəlki qaydada cəlb ediləcək. Həmin tarixdən sonrakı dövrdə əmanət üzrə hesablanan faiz hissəsi isə yeni qayda ilə vergiyə cəb edilməlidir, yəni vergidən azad olunur. Xatırladım ki, əvvəlki qaydalara əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi vergidən azad idi, ondan artıq olan hissəsi ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunurdu. Hesablama hər əmanət ( banklar üzrə) üzrə ayrıca aparılırdı və bu səbəbdən vergi məbləğinin azaldılması üçün bəzi vətəndaşlar əmanətlərini bir neçə bankda yerləşdirirdi. Həmin qaydalar 01 yanvar 2015-ci ildə qüvvəyə minmişdi. Qeyd edək ki qanundakı yeni dəyişikliklər hələ təsdiqini gözləyir.”

Qeyd olunan qanun, bankların depozit cəlbi baxımdan işini yüngülləşdirsədə, bank proqram sistemlərində müəyyən dəyişikliklər tələb edəcək .

Son xəbərlər
Digər xəbərlər