4 C
Baku
Friday, March 29, 2024

Fiat Chrysler şirkəti BMW-nin rəhbərlik etdiyi texnoloji alyansa qoşuldu

Banker.az xəbər verir ki, bu gün Fiat Chrysler şirkəti BMW-nin rəhbərlik etdiyi özünüidarə texnologiyalarının yaradılması ilə məşğul olan konsorsiuma qoşulduğunu elan edib.

Sözügedən bu alyans təqribən 1 il əvvəl BMW AG və Intel Corp., həmçinin avtomobil kameraları üçün proqram təminatı təchiz edən İsrailin Mobileye NV şirkəti tərəfindən 2021-ci ilə qədər tamamilə avtonom nəqliyyat vasitələrinin yaradılması məqsədilə təşkil edilib.

Fiat Chrysler şirkətinin alyansa qoşulmaq qərarı bir daha onun yeni nəsil texnologiyalara hazır olduğunun əlaməti oldu. Alyans avadanlıqların, proqram təminatlarının və məlumatların ötürülməsi protokollarının inteqrasiyası üzərində işləyir.

Tərəflər özü-özünü idarə edən 40 avtomobilin iştirakı ilə pilot proqramını ilin sonuna doğru işə salmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər