21 C
Baku
Thursday, April 25, 2024

FİFA-nın yeni maliyyə direktoru məlum olub

FİFA-nın yeni maliyyə direktoru məlum olub. TASS-a istinadən məlumata görə, ali futbol qurumunun maliyyə məsələlərinə Filipp Le Flok nəzarət edəcək.

Le Flok Fransa və İsveçrə vətəndaşlığına malikdir. Yeni maliyyə direktoru oktyabrın 11-dən vəzifəsinin icrasına başlayacaq. Bu vəzifə təşkilatın yenidən qurulması çərçivəsində yaradılıb.

Qeyd edək ki, daha öncə bu proses çərçivəsində FİFA-nın iki hissəyə bölünəcəyi bildirilirdi. “Futbol” adlı birinci hissədə federasiya bayrağı altında keçirilən futbol yarışları və tədbirlərin təşkili nəzərdə tutulur. Bu işə FİFA-nın baş katibinin müavini Zvonimir Boban rəhbərlik edəcək. “Administrasiya” adlı ikinci hissə isə FİFA-nın kommersiya komponenti, eləcə də inzibati dəstəyə köklənəcək. Buna isə ali futbol qurumunun baş katibinin müavini Marko Villiger məsuliyyət daşıyır.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər