18 C
Baku
Thursday, April 25, 2024

Filial müdiri – Sumqayıt (Qafqaz Lizinq)

İŞÇININ VƏZIFƏSI:

• Yeni müştərilərin cəlb edilməsini təmin etmək;
• Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
• Filialın portfelinin keyfiyyətli idarə olunması;
• Filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;
• Filialın fəaliyyəti ilə bağlı təkliflər vermək;
• Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
• Əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;

TƏLƏBLƏR:

• Ali təhsil;
• Lizinq, bank və ya bank olmayan kredit təşkilatında ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını Filial müdiri (“Sumqayıt” filialı) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər