16 C
Baku
Saturday, April 27, 2024

“Finca Azərbaycan” filiallarının sayını azaldır

“Finca Azərbaycan” bank olmayan kredit təşkilatı Azərbaycanda fəaliyyət göstərən filiallarından birini bağlayır.

Bunu Trend-ə təşkilatdan bildiriblər. Kredit təşkilatından verilən məlumata görə, bank olmayan kredit təşkilatı optimallaşdırma siyasəti çərçivəsində Sumqayıtdakı iki filialından birini bağlaya bilər: “Sumqayıtda iki filial fəaliyyət göstərir. Təşkilat rəhbərliyi hazırda Sumqayıt şəhərində iki fililalın fəaliyyət göstərməsinə ehtiyac görmür”.

Bununla yanaşı, “Finca Azərbaycan” Xırdalanda yerləşən Abşeron rayon filialında da işçilərin ixtisarına başlayıb. Artıq filialın 25-ə yaxın əməkdaşı ixtisar olunub. Filialın bağlanıb-bağlanmayacağı ilə bağlı məsələyə isə təşkilatdan belə cavab veriblər: “2015-ci il 30 sentyabr tarixində “Finca Azərbaycan” çətin iqtisadi şəraitdə filiallarının bağlana biləcəyi ilə bağlı məlumat yaymışdı. Abşeron filialında işçilər ixtisar olunur, amma bağlanması ilə bağlı hələlik qərar yoxdur”.

Qeyd edək ki, “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının Azərbaycanda 60 filialı fəaliyyət göstərir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər