13 C
Baku
Friday, April 19, 2024

Firudin Nəbiyev: “Yoxlamaların dayandırılması bəzi şirkətlərdə arxayınlıq yaradıb”

“Bir xarici şirkətdə 50-60 işçi olduğu halda, 12-14 müavin vəzifəsi var. Biz şirkətlərdə müdir müavinləri vəzifələrinin 3-4-ə endirilməsini təklif etmişik”.

Banker.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib. O bildirib ki, bir neçə il əvvəl BP şirkəti və SOCAR arasında imzalanmış müqaviləyə əsasən, azərbaycanlı mütəxəssislər hazırlanır. Hazırda bu sektorda çalışan əcnəbilərin sayı 10 faizə enib: “Bu istiqamətdə iş aparılmalı, azərbaycanlı mütəxəssislər hazırlanmalıdır. Digər tərəfdən, ixtisara düşmüş Azərbaycan vətəndaşlarının yerinə əcnəbilər təyin olunur ki, bu da bizi narahat edir, belə hallara yol vermək olmaz. Məqsədimiz  odur ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsun. Azərbaycan vətəndaşları Azərbaycan iqtisadiyyatından bəhrələnməlidir”.

41c8f89b9cfbf3c24cf6e34e96fbd80e
Firudin Nəbiyev FOTO: APA

F. Nəbiyev qeyd edib ki, Azərbaycan prezidentinin tapşırığı ilə yoxlamalar dayandırılsa da, müəyyən məlumatlar daxil olduqda şirkətlərlə müzakirələr aparılır: “Yoxlamaların dayandırılması bəzi şirkətlərdə arxayınlıq yaradıb”.

Son xəbərlər
Digər xəbərlər