13 C
Baku
Thursday, April 18, 2024

Fitch: Azərbaycanda ötən ilin aprelindən başlayaraq makro-iqtisadi stabillik müşahidə olunur

“Azərbaycanda aprel ayından başlayaraq müsbət iqtisadi vəziyyət, makro-iqtisadi stabillik müşahidə olunur”.

Bunu “Fitch” beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında agentliyin inkişaf etməkdə olan ölkələr üzrə direktoru Ameliya Roux deyib.

Onun sözlərinə görə, ölkədə dollarlaşma səviyyəsi müəyyən qədər səngiyib. “Bu da son aylarda manata olan etibarın artması ilə əlaqədardır. Digər müsbət sabitləşmə odur ki, qeyri-neft sektorunda da ixracatda müsbət irəliləyiş hiss olunur. Devalvasiya bu gedişata müsbət təsir edib. Düşünürük ki, növbəti illərdə neft qiymətləri 50 dolların üzərində olacaq, bu da stabilləşmə ilə bağlı proqnozumuzu dəstəkləyir”.

A. Roux əlavə edib ki, Azərbaycanda bank sektorunda müsbət dinamika müşahidə olunsa da, sektorda həssaslıq qalmaqdadır. “Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının həyata keçirilməsi ilə çox çətin məsələ öz həllini tapdı. Düşünürük ki, bu da iqtisadiyyatın yaxşılaşdırılmasına təsirini göstərəcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər