23 C
Baku
Thursday, April 25, 2024

“Fitch” “Kapital Bank”ın reytinqini sabit proqnozla təsdiq edib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) “Sabit” proqnozla “B+” səviyyəsində təsdiq edib. Bu barədə cümə günü agentliyin yaydığı məlumatda deyilir.

Bundan başqa, bankın xarici valyutada uzunmüddətli EDR-i “B” səviyyəsində, davamlılıq reytinqi “b-” səviyyəsində, dəstək reytinqi “4” səviyyəsində, uzunmüddətli EDR-in dəstək səviyyəsi isə “B+” kimi təsdiq edilib.

Son iki reytinq zərurət halında Azərbaycan hakimiyyətinin banka dəstək verməsi imkanından xəbər verir. Bank sisteminin vacibliyi (bank pensiya və digər büdcə ödənişlərinin verilməsi prosesində rol oynayır), bankın dövlətin maliyyələşdirdiyi infrastruktur layihələrdə aktiv cəlb olunması, bank və səhmdarların dövlətlə sıx əlaqələri bu barədə danışmağa əsas verir.

Agentlik bankın yaxşılaşan kapitalını, güclənmiş mənfəətliliyi, likvidliyin sağlam mövqeyini diqqətə alır.

2013-cü ilin I yarısında bankın problemli kreditləri bütün biznes kreditlərin (2012-ci ilin sonuna 22 faiz) 15 faizini təşkil edib və onların 79 faizi ehtiyatlar vasitəsi ilə ödənilib.

“Kapital Bank” ən geniş filial şəbəkəsinə və böyük müştəri bazasına malikdir. Hazırda ölkədə bankın 89 filialı və 11 şöbəsi fəaliyyət göstərir.

“Kapital Bank” 2008-ci ilin yayınadəl tamamilə dövlətin mülkiyyətində olub. Hazırda bankın əsas səhmdarı “Pasha Holding”dir. Səhmlərin 97,75 faizi “Pasha Holding”ə məxsusdur. Bankın nizamnamə kapitalı 80 milyon manat səviyyəsindədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər