4 C
Baku
Friday, March 29, 2024

“Fitch” “PAŞA Bank”ın törəməsinin reytinqinə yenidən baxıb

“Fitch” beynəlxalq reytinq agentliyi “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “Pasha Yatırım Bankası”nın uzunmüddətli kredit reytiniqini “BBB+”, reytinq üzrə proqnozunu isə “stabil” səviyyəsində təsdiq edib.

Türkiyə bankının reytinqi, onun səhmlərinin 99,92%-nə nəzarət edən “PAŞA Bank”ın ona dəstəyi əsasında müəyyən edilib.

Xatırladaq ki, “Fitch” Azərbaycan bankının reytinqini “B+”, reytinq üzrə proqnozunu isə “stabil” səviyyəsində müəyyən edib.

Agentlik “Paşa Yatırım Bankası”nın uzunmüddətli defolt reytinqini isə Bankın daxili gücünü nəzərə almaqla “B+” səviyyəsində, həyat qabiliyyətlilik reytinqini isə “b+” səviyyəsində təsdiqləyib. Bankın Türkiyədəki digər emitentlərə qarşı kredit qabiliyyətlilik gücündə isə dəyişiklik olmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər