12 C
Baku
Friday, March 29, 2024

Fiziki Şəxslərə xidmət üzrə baş mütəxəssis – AFB Bank

AFB Bank Fiziki Şəxslərə xidmət üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Fiziki Şəxslərə xidmət üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
  • Sahəyə aid olan qayda və normativləri bilmək;
  • Ünsiyyət qurmaq bacarıqları;
  • Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
  • Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
  • Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

  • Fiziki şəxslərə hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
  • Fiziki şəxslərə istehlak kredit məhsulları barədə məlumatlar vermək və istehlak kredit sifarişlərini qəbul edib kreditləri rəsmiləşdirilmək;
  • Ödəniş kartları sifariş etmək;
  • Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqlarını yerinə yetirmək;
  • Müştərilərin hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılmasına rəhbərlik və nəzarət etmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasına nəzarət etmək;
  • Müştərilərə xidmət işinin təkmilləşdiriməsi və inkişafına dair təkliflər vermək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fiziki şəxslərə xidmət üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

Son xəbərlər
Digər xəbərlər