22 C
Baku
Friday, April 19, 2024

Fond indeksləri

Fond indeksləri – “indeks səbətinin” müəyyən qiymətli kağızlar qrupunun qiymətlərində baş vermiş dəyişikliyi əks etdirən əsas göstəricidir.

Bir qayda olaraq, indekslərin mütləq qiyməti vacib deyil. Uzunmüddətli dövr üçün indeks dəyişiklikləri daha çox əhəmiyyət kəsb edir. Belə ki “indeks səbətini” təşkil edən səhmlərin qiyməti müxtəlif istiqamətdə dəyişsə də, bu göstərici bazarda ümumi tendensiyanı müəyyən etməyə imkan verir.

Göstəricilərin seçimindən asılı olaraq, fond indeksləri qiymətli kağızların müəyyən bir qrupu və ya bütünlükdə bazarın vəziyyətini göstərə bilər.

Çox vaxt fond indeksləri investisiya və spekulyativ məqsədlər üçün istifadə olunan eyniadlı istehsal-maliyyə alətlərinin əsasını təşkil edir.Dow Jones & Co. Inc. agentliyinin məlumatlarına görə 2003-cü ildə dünya üzrə fond indekslərinin sayı 2315-ə bərabərdir.

Indeksin adının sonunda müəyyən bir rəqəm də ola bilər. Bu rəqəm indeksin hesablandığı səhmdar şirkətlərin sayını göstərir: CAC 40, Nikkei 225, S&P 500

Fond indekslərinin tarixi

Ilk fond indeksi Wall Street Journal qəzetinin jurnalisti məşhur iqtisadçı və Dow Jones & Company şirkətinin yaradıcısı Çarlz Dou tərəfindən 3 iyul 1884-cü ildə ABŞ-da işlənib hazırlanmışdır. Dow Jones Transportation Average ABŞ-ın 11 ən iri nəqliyyat şirkəti üçün hesablanırdı. Hazırda onun tərkibinə yükdaşıyıcı 20 şirkət daxildir. Lakin 1928-ci ildən 30 iri sənaye şirkəti üçün hesablanan Dow Jones Industrial Average (DJIA) daha məşhur oldu.

Son xəbərlər
Digər xəbərlər