13 C
Baku
Friday, April 19, 2024

Forbes ən uğurlu milyarderləri elan etdi

Kazino sahibi Sheldon Adelson 2013-cü ilin ən uğurlu milyarderi oldu. Onun sərvəti son 1 il ərzində 15 milyard dollardan 37 milyard dollara çatmışdır. Bu haqda məlumat Forbesin reytinqinə əsasən verilmişdir.

Adelson bu il bir günə minimum 41 milyon dollar qazanıb. Sərvətinin artması sayəsində Adelson ABŞ-ın ən varlı insanları reytinqində 11-ci pillədən 5-ci pilləyə yüksəlmişdir. Forbes-in verdiyi məlumatlara görə, sahibkar bu gəlirlərə Makao və Sinqapurdakı kazinoları sayəsində sahib olmuşdur.

Reytinqdə ikinci pillə Facebook yaradıcısı Mark Zuckerberg-ə nəsib olmuşdur. Onun sərvəti bir il ərzində 13,6 milyard dollardan 25,8 milyard dollara yüksəlmişdir. Reytinqdə üçüncü pilləni isə internet mağaza Amazon-un rəhbəri Jeff Bezos tutmuşdur və onun sərvəti 36,9 milyard dollara yüksəlmişdir.

İlk beşlikdə Warren Buffett və Walmart yaradıcıları ailəsindən Christy Walton yer almışdır. Bu ailənin digər üzvləri –  Alice Walton, Jim Walton və S. Robson Walton da reytinqdə yer almışlar. Onlar 6, 7 və 8-ci yerdədirlər.

Reytinqdə doqquzuncu və onuncu pillədə Google şirkətinin CEO-su Larry Padge və Microsoft şirkətinin yaradıcısı Bill Gates yer almışlar. Biznesmenlərin sərvəti 2013-cü ildə 9,4 milyard dollara və 9,3 milyard dollara yüksəlmişdir.

Son xəbərlər
Digər xəbərlər