16 C
Baku
Friday, April 19, 2024

Forbes: 2017-ci ildə səyahət etmək üçün ən ucuz məkanlar

Forbes jurnalının versiyasına əsasən, Şimali Vyetnam 2017-ci ildə səfər etmək üçün ən ucuz turizm istiqaməti seçilib. Bu region 21 cəhət üzrə reytinqə başçılıq edir.

Çinlə sərhət boyunca, yəni Vyetnamın paytaxtı Hanoedən şimala doğru özəl sektorda turist üçün gecələmək 10-15 dollara başa gələcək. Yataqxanada isə 1 otaq 5 dollaradır. Burada turistlər qidaya 50 sentdən 2 dollaraq qədər vəsait sərf edirlər.

Reytinqin ikinci pilləsində Qırğızıstanın paytaxtı Bişkek yer alıb. Burada gecələmək təqribən 15 dollardır. Qida isə 2 dollardan başlayır. Üçüncü pillənin sahibi isə Portuqaliyanın paytaxtı Lissabondur. Burada gecələmək üçün turistə 30 dollar tələb olunacaq.

Bundan əlavə, reytinqin 3-cü pilləsində Seul, 5-ci pilləsində isə Buxarest yer alıb.

Son xəbərlər
Digər xəbərlər