Forbes ilin ən uğurlu biznesmenlərinin reytinqini təşkil etdi

Banker.az xəbər verir ki, Amerikanın Forbes nəşrinin versiyasına görə, 2017-ci ilin ən uğurlu biznesmeni Amazon şirkətinin rəhbəri Jeff Bezos olub. Onun sərvəti digər milyarderlərdən daha sürətlə artıb.

Belə ki, il ərzində Bezosun kapitalı 33,8 milyard dollar artaraq 98,6 milyard sollar təşkil edib ki, bu da onu Forbes nəşrinin adı çəkilən reytinqində lider edib.

Reytinqin ikinci pilləsində developper Xu Çzyain qərarlaşıb. Onun tərəfindən yaradılan Evergrande Group şirkəti Çinin 200-dən çox şəhərində kommersiya və yaşayış daşınmaz əmlakının yaradılması ilə məşğul olur. 2017-ci ilin əvvəlindən etibarən biznesmenin sərvəti 27,4 milyard dollar artaraq 36,5 milyard dollar təşkil edib.

Üçüncü pillənin sahibi isə Moet Hennessy Louis Vuitton (LVMH) konserninin rəhbəri Bernar Arno olub. Onun kapitalı bu il ərzində 23,6 milyard dollar artımla 40,3 milyard dollara çatıb.