15 C
Baku
Friday, March 29, 2024

“Forbes” ilin ən çox qazanan modelinin adını açıqlayıb

Amerikanın “Forbes” jurnalı ilin ən çox qazanan 10 modelinin siyahısını tərtib edib.

TASS-a istinadən, siyahıda ilk yeri 22 yaşlı amerikalı model Kendall Cenner tutub.

O, cari ildə 22 milyon dollar qazanmağa müvəffəq olub. Bununla da Cenner son 15 ildə birinciliyi əldən verməyən braziliyalı Jizel Bündheni ikinci pilləyə endirib. 37 yaşlı Bündhen 2017-ci ildə 17,5 mln. dollar qazanıb.

Reytinq siyahısının üçüncü pilləsində 13,5 mln. dollar gəlirlə Krissi Teyqen qərarlaşıb. Bu, 31 yaşlı amerikalının “Forbes” reytinqində debütüdür. Siyahının sonrakı yerlərində 36 yaşlı braziliyalı model Adriana Lima (10,5 mln. dollar), amerikalı Cici Hadid və britaniyalı model Rouzi Hantinqton-Uaytli (hər ikisi 9,5 mln. dollar) və digərləri qərarlaşıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər