18 C
Baku
Thursday, April 25, 2024

Forbes ilk dəfə kriptovalyuta milyarderlərinin adını açıqladı

Forbes ilk dəfə olaraq kriptovalyuta sahəsində zəngin olan insanların siyahısını hazırlayıb.

Jurnal siyahıdakı milyonçuların sərvətlərini dəyərləndirərkən dəqiq rəqəmlər deyil, təxmini qiymət aralığı göstərib. Bu, kriptovalyuta bazarının şəffaf olmaması və dəyişkənliyi ilə əlaqədardır.

Siyahıda ümumilikdə 19 nəfər var. Ona Kris Larsen başçılıq edib. Larsen ödəniş sistemi üçün kriptovalyuta platforması olan Ripplenin həmtəsisçisidir. Forbes onun sərvətinin 7,5-8 milyard dollar olduğunu yazır.

Siyahıda dünyanın ilk kriptovalyuta milyarderləri hesab edilən Tayler və Kemeron Uinklvoss qardaşları da var. Qardaşlar Mark Zukerberqin “Facebook” ideyasını onlardan oğurladığını iddia edərək 2008-ci ildə məhkəmə çəkişməsinə girmişdilər. Onların sərvəti isə 900 milyon-1,1 milyard dollar təşkil edir.

Yeni milyonçular arasında Kanadada yaşayan əslən rusiyalı, 24 yaşlı Vitalik  Buterin də var. Buterin Bitkoindən sonra ikinci ən məşhur Ethereum kriptovalyutasının yaradıcısıdır. Onun sərvəti isə 400-500 milyon dollar olaraq dəyərləndirilir.

default 12vy

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər