26 C
Baku
Friday, April 19, 2024

Forbes TOP-100: məhşurlar milyonları necə qazanıblar

Forbesə görə ən yüksək ödənişli məşhur tanınmış boksçudur

Forbes jurnalı il ərzində dünyanın ən yüksək ödənişli məhşurlarından ibarət TOP-100-lük nəşr edib. Birinci yeri Amerikalı boksçu Floyd Mayvezer tutub.

İl ərzində boksçu 285 milyon dollar qazanıb. 41 yaşlı Mayvezer proffesional boks tarixində ən yüksək ödənişli boksçu hesab edilir. Keçən il avqust ayında Las Veqasda Konor Makqreqorla mübarizə apararkən Mayvezer 275 milyon dollar qazanıb.

Reytinqdə ikinci yeri aktyor Corc Kluni 239 milyon dollarlıq sərvət ilə tutur. Proffesional fəliyyatlə bağlı aldığı qanorarla yanaşı, onun gəlirinin əsas mənbəyi şəxsi biznesidir. Keçən il aktyor, ortaqları ilə birlikdə Casamigos tekila istehsal edən şirkəti  satdı, bu anlaşmanın dəyəri təxminən 1 milyard dollar təşkil edib. Kluninin ortaqlarından biri-Rende Qerberin  qeyd etdiyi kimi, ilk öncə şirkət mənfəət əldə etmək üçün yaradılmamışdı. Əvvəlcədən Casamigos tərəfindən istehsal olunan tekila, kiçik qrup tanışlar üçün və şirkətin qurucuları üçün nəzərdə tutulmuşdu. Daha sonra isə firma böyüdüyündən, İnglis premium klass Diageo spirtli içki istehsalçıları onu satın almaq üçün maraq göstərməyə başladılar.

Forbes siyahısında üçüncü yeri 20 yaşlı Kylie Jenner 166.5 milyon dollarlıq sərvətlə tutur. «Kardashian Family» televiziya şouunun iştirakçısı, sərvətini «Kylie Cosmetics» kosmetika xətti sayəsində qazanıb. Forbes onun ümumi sərvətini 900 milyon dollar dəyərində qiymətləndirib.

Ən yüksək ödənişli məhşurların tam siyahısını Forbes saytında tapa bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər